Bütün xəbərlər
Aktyor uşaq pornoqrafiyası işi üzrə həbs edilib
Tarix: 20-11-2025 17:45 | Bölmə: Mədəniyyət

Sankt-Peterburqun Smolninski Rayon Məhkəməsi uşaq pornoqrafiyasının istehsalı və yayılması ilə bağlı ittiham irəli sürülən teatr və kino aktyoru Vladimir Kolganov barəsində həbs qərarı verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat verib.
Məhkəmənin qərarına əsasən, Kolganov 17 yanvar tarixinə qədər həbsdə saxlanılıb.
"Kolqanov 18 noyabrda saxlanılıb və həmin gün ona qarşı ittiham irəli sürülüb. O, günahsız olduğunu bildirib və daha yüngül qətimkan tədbiri tələb edib", - mətbuat xidməti bildirib.
İş üzrə şübhəlilərin həbsi 20 noyabrda elan edilib. Müstəntiqlərin sözlərinə görə, bir qrup şəxs 2015-ci ildən bəri qadağan olunmuş fotoşəkillər yaratmaq üçün 1-2 yaşlı uşaqlardan istifadə edib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər