23:41 / 31-05-2026
ABŞ Avropa ilə ticarət müqaviləsinin təfərrüatlarını açıqladı
21:16 / 31-05-2026
Zelenski ABŞ-ın Trampa yazdığı məktubu cavabsız qoymasından şikayətləndi
21:13 / 31-05-2026
Keçmiş amerikalı astronavt rus həmkarlarını oğru adlandırır
21:05 / 31-05-2026
Bütün Ermənilərin Katolikosu Ermənistanda ədalətli seçkilərə çağırır
21:01 / 31-05-2026
89 yaşlı nənədən 800.000 rubl oğurlayan kuryer saxlanılıb
20:57 / 31-05-2026
Kvaratskhelia Çempionlar Liqasında mövsümün oyunçusu seçildi
20:53 / 31-05-2026
Zelenski ABŞ seçkilərində Respublikaçılara məğlubiyyət vəd etdi
20:51 / 31-05-2026
Partlayış nəticəsində 45-dən çox insan ölüb, 74 nəfər yaralanıb
20:48 / 31-05-2026
Danimarka Baş naziri Frederiksen Rusiyaya təzyiqin artırılmasına çağırdı
20:45 / 31-05-2026
Zelenski NATO ölkələrini "Rusiyaya daha güclü cavab verməyə" çağırdı
17:58 / 31-05-2026
Ulu öndərin milli mətbuat və söz azadlığı təlimi
17:47 / 31-05-2026
Xəzərdən Berlinə, Berlindən Əbədiyyətə: Mikayıl Əhmədin Şərəf Yolu
17:39 / 31-05-2026
ŞƏHİD RƏŞADƏT PİRİYEVİN ƏBƏDİYYƏT YOLU
17:09 / 31-05-2026
Ermənistan Baş nazirinin müavini Paşinyanın ölkənin varlanmaq planları ilə bağlı sözlərini dəstəklədi
17:04 / 31-05-2026
Peskov AB-nin "Qırmızı xətlər"lə bağlı müzakirələrini dayandırdı
17:02 / 31-05-2026
Qaz partlayışı ilə bağlı cinayət işi açılıb
16:59 / 31-05-2026
Rusiya Ermənistanın qaz vəziyyətinin pisləşməsini istəmir - Overçuk
16:54 / 31-05-2026
Vəkil yeniyetməyə hücum üçün mümkün cəzanı açıqladı
16:51 / 31-05-2026
Danimarka Baş naziri Avropanın Rusiya ilə hərbi qarşıdurmaya hazırlığını qiymətləndirdi
16:46 / 31-05-2026
Rusiyada artıq seksologlar mövcud olmayacaq
16:41 / 31-05-2026
MAQATE Ukraynanın Zaporojye AES-də pilotsuz təyyarə hücumunun baş verdiyi yeri yoxlayır
16:37 / 31-05-2026
Ermənistanda hakimiyyət orqanları kilsəni zəiflətməyə çalışır
16:31 / 31-05-2026
Ukrayna Almaniyadan yeni hava hücumundan müdafiə sistemi buraxıcısı aldı
16:25 / 31-05-2026
Putin Qazaxıstanda keçirilən AİB sammiti çərçivəsində Kuba nümayəndə heyəti ilə danışıb
16:20 / 31-05-2026
Fransa İsrailin Livandakı əməliyyatları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
00:49 / 31-05-2026
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
16:37 / 30-05-2026
Mütəxəssislər qozbel balinanın yarılmasını həyata keçirəcəklər
16:31 / 30-05-2026
Moldovanın Kişineu şəhərində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı - Fotolar
16:21 / 30-05-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
16:14 / 30-05-2026
5 yaşlı qıza təcavüz etməyə cəhd edən saxlanıldı
16:06 / 30-05-2026
Oliqarx anasının dəfn mərasimində iştirak etmək üçün həbsxanasından azadlığa buraxılıb
16:00 / 30-05-2026
Türkiyə əlavə yaşayış icazəsi rüsumlarının tətbiqini rədd edir
15:57 / 30-05-2026
Tusk NATO-nu AB üçün "xeyirli gecə"nin sonu ilə bağlı sözləri ciddiyə almağa çağırdı
15:54 / 30-05-2026
Voronin Maya Sandunun seçki kampaniyasını xaricdəki seçki məntəqələrində seçki saxtakarlığında günahlandırdı
15:51 / 30-05-2026
Yanğınsöndürənlər geyim mağazasında baş verən yanğını söndürürlər
15:08 / 30-05-2026
ABŞ-a uçan "United Airlines" təyyarəsində rus dilində qışqıran sərnişin narahatlığa səbəb olub
15:05 / 30-05-2026
ABŞ-Ermənistan arasında nadir torpaq metalları üzrə müqavilə seçki saxtakarlığı kimi qəbul edilir
11:52 / 30-05-2026
Zelenski Ukrayna Ali Baş Komandanının qərargahını dəyişir
11:48 / 30-05-2026
Pentaqon rəhbəri: "Tramp İranla razılaşma əldə etməkdə səbirli olacaq"
11:44 / 30-05-2026
Əzizi: "İranın Hörmüz boğazı ilə bağlı qərar qəbul etmək hüququ var"
MAESTRO – MƏNİM ÜRƏYİMDƏDİR-“NİYAZİ -110”
Tarix: 15-03-2022 22:35 | Bölmə: Mədəniyyət

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Aqşin Əlizadənin Maestro Niyazi haqqında xatirələrini ilk dəfə Azərbaycan dilində təqdim edirik.
“Niyazi” deyəndə və ya eşidəndə, göz önündən bütün Azərbaycan bəstəkarlıq məktəbinin tarixi: onun ilk addımları, təşəkkülü, böyük uğurları keçir. Niyazi adı bizim musiqi mədəniyyətimiz ilə əbədi və möhkəm bağlı olaraq, onun rəmzlərindən biri olmuşdur. Dirijor-sehrbaz, öz sehrli dirijor çubuğunun hərəkəti ilə böyük ustadların çox partituralarına həyat verərək o, dünyaya ovsunlayıcı musiqi səslərini bəxş etmişdir. Bir bəstəkar kimi Azərbaycan musiqisinin inkişafına əvəzsiz tövhələr vermiş, hələ həyatda ikən onun klassikləri sırasında şərəfli yer tutmuşdur.
Tale mənə həyatım boyu bu böyük insan və musiqiçi ilə ünsiyyətdə ola bilmək xoşbəxtliyini nəsib etmişdir. Babamı, Azərbaycanın ilk çekistlərindən biri, sonralar Sovet İttifaqı Qəhrəmanı olacaq Mehdi Hüseynzadənin atası olan Hənifə Hüseynovu yaxşı tanıyır, tez-tez onun evində qonaq olardı. Məhz orada ilk dəfə Niyazini görən valideyinlərim onun nəcib simasını, mehriban, açıq təbəssümünü həmişəlik yadda saxlamışdılar. Onun evimizə hər gəlişi ailəmizdə heyrətamiz canlanma yaradırdı.
Mənim Niyazi haqqında ilk təəssüratlarım isə ecazkar musiqi dünyası ilə bağlıdır. O, gözəl pianoçu kimi Azərbaycan xalq mahnılarını, rəqslərini məharətlə fortepiano arxasında improvizasiyalar edərək saatlarla ifa edərdi. Yadımdadır, bir qədər yaşa dolduqca arabir mən də maestro ilə evdəki musiqi ifalarına qoşulub dörd əllə birlikdə çalardıq.
Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olarkən, mən tez-tez Niyazinin məşqlərinə gedər, çalışardım ki, onun bir konsertini də buraxmayım. Maestronun hər çıxışı böyük musiqi bayramı idi. Onun konsertlərinin daimi iştirakçısı kimi deyə bilərəm ki, dirijor Niyazinin sehrli təsir sənəti dinləyiciləri üçün heyrətamiz idi. Maestro sərkərdəyə bənzər əzəmətli, eyni zamanda zərif vücudu ilə pult arxasına keçəndə zal möcüzə gözləyərək donurdu. Möcüzə də hər zaman baş tuturdu. Onun zərif və plastik əlləri ilə yaratdığı görünməmiş enerji gücünə malik səslər dinləyicisini titrədərək sevinməyə, iztirab çəkməyə və valeh olmağa vadar edirdi.
Niyazi ilə mənim bəstəkar kimi ilk görüşüm elə tələbəlik illərində olmuşdu. Üçüncü kursda oxuyurdum, uzun tərəddüdlərdən sonra, qorxa-qorxa, “ittiham” gözləyərək nəhayət ki, öz fortepiano üçün sonatamı ona göstərməyə qərar verdim. Maestro diqqətlə bu işimi nəzərdən keçirib məni dəstəkləyəndə, bir sıra qiymətli məsləhətlərini verəndə mənim sevincimin həddi-hüdudu yox idi. Yaxşı yadımdadır, Niyazinin müşahidə qabiliyyəti, ayrı-ayrı təyinlərdə dəqiqliyi məni valeh edirdi. Onun həmin vaxt dediyi bir ifadə mənim yaddaşımda dərindən həkk olunmuşdur. Niyazi mənə əsərin formasının, mənasının, məntiqinin xüsusilə vacib olduğunu qeyd edərək Q.Qarayevi misal gətirdi: “Bu bəstəkar əsərin formasını o qədər incəliklə hiss edir ki, hər an qayçını alıb bütün artıq bildiyini kəsib ata bilər”.
Sonralar da dəfələrlə mənim Niyazi ilə yaradıcı görüşlərim olmuşdur. Mən, dövrün bir çox başqa bəstəkarları ilə yanaşı, Niyazinin sayəsində böyük orkestrlə heç nə ilə müqayisə oluna bilməyəcək ünsiyyət dəqiqələri yaşamışam. Bir çox maraqlı və ibrətamiz şeyləri Niyazi ilə “Kənd süitası”, “İyirmi altılar” kantatası üzərində işləyərkən öyrənmişəm. Artıq birinci məşqə o, xırdalıqlarına qədər öyrənilmiş və analiz olunmuş partitura ilə gəlirdi. Təsadüfi deyil ki, onun verdiyi gözlənilməz suallar bəzən əsərin müəllifini belə çıxılmaz vəziyyətə salırdı. Onunla işləyən bəstəkarlar yaxşı dərk edirdilər ki, dirijora tamamlanmamış, yaxşı düşünülməmiş əsəri gətirmək olmaz. İşinə çox məsuliyyətli və tələbkar olan maestro başqalarından da işlərində bu münasibəti tələb edirdi.
Bununla bağlı mən bir epizodu xatırlayıram, bəlkə də adi görünə bilər, amma bu maestronun işində qarşısıalınmaz, fədakar olmasının göstəricisidir. Bir axşam Niyazi mənə zəng edib Raxmaninovun fortepiano üçün Dördüncü konsertinin qramvalı ilə onlara gəlməyimi xahiş etdi. Məsələ burasında idi ki, Niyazi təcili olaraq bu əsəri xarici qonaq ifaçının gəlişi üçün hazırlamalı idi, proqram barədə isə ona yalnız bir neçə saat əvvəl məlumat vermişdilər. Bütün gecəni maestro əsərin partiturası üzərində işləməklə, hər bir xırda detalı analiz etməklə keçirtdi. Yaradıcılıq ekstazında olan maestro işinə o qədər aludə olmuşdu ki, ətrafında heç nəyi görmürdü. O, ertəsi gün toparlanmış və ciddiyyətlə bütün bu gərgin işi orkestrlə yerinə yetirdi, üçüncü gün isə artıq orkestr solistlə məşq edəndə hər şey konsert üçün hazır idi. Ən yorğun isə, deyəsən mən görünürdüm...
Niyazi dünya musiqisinin, xüsusilə rus klassiklərinin çox sayda əsərlərinin parlaq ifaçısı idi. Onun istedadı həqiqətən universal və çoxşaxəli idi. Hər bir böyük sənətkarı fərqləndirən cəhət onun başqalarının edə bilməyəcəyini bacaqmaq qabiliyyətidir. Niyazi Azərbaycan musiqisinin şedevrlərinin yeganə və təkrarolunmaz interpretatoru idi. Bu gün də təsəvvür etmək çətindir ki, Niyazi olmasa idi Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov musiqisi dünyada necə səslənəcəkdi. Maestronun yüngül əli sayəsində çox əsərlər ilk ifasından sonra şöhrət qazanmış və orkestrin repertuarında uzunmüddətli qeydiyyata düşmüşdü. Bakıda Qara Qarayevin “İldlrımlı yollarla”, Leninqradda (Sankt-Piterburq) Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərinin, Cövdət Hacıyevin Dördüncü simfoniyasının premyeralarının zəfərləri mənim hafizəmə həkk olunmuşdur. Hər bir böyük musiqiçi kimi, təbii ki, Niyazinin də nəhəng musiqi dünyasında bağlı olduğu, öz simfoniyaları var idi, hansılar ki, illər ərzində korrektə olunur, vacib düzəlişlərə məruz qalırdı. Ancaq ilk məhəbbəti olan – dahi Üzeyir Hacıbəyli musiqisinə Niyazi ömrünün sonuna kimi sadiq idi. “Üzeyir əmi” – o, bəstəkarın adını məhz belə, mehribanlıqla və eyni zamanda hörmətlə çəkirdi. Adama elə gəlirdi ki, bütün yaradıcılığı dövründə Üzeyir Hacıbəylinin əsərlərini ifa edərək naməlum bir şey saxlamamışdı. Ancaq bu maestro idi və hər dəfəsində bu böyük musiqiyə müraciət edəndə eyni həyəcanla onun yeyi-yeni tərəflərini açırdı.
Bir uşaq kimi sevinmək, musiqi dünyasının gözəl səsləri ilə qarşılaşdığı zaman vəcdə gəlmək qabiliyyətini qoruması – məhz bunlar Niyazinin fərqli cəhətləri idi. O, tez coşan, bəzən ziddiyyətli ola bilərdi, amma biganə və laqeyd isə - heç zaman. Ən həlledici anda, səhnəyə çıxıb pult arxasına keçdiyi zaman, həyatda hər şey ikinci plana keçirdi.
Maestronun axırıncı işlərindən biri yadıma düşdü. Bu SovİKP-nin XXVI qurultayı zamanı idi, təntənəli konsert proqramına mənim əsərim də salınmışdı. Burada mən nəhəng iradə və cəsarət sahibini gördüm. Məhz cəsarət.... Konsert ərəfəsində Niyazi ciddi xəstələnmişdi və özünü pis hiss edirdi. Hamı onun səhhəti üçün narahat idi və hesab edirdilər ki, belə vəziyyətdə çıxış etmək olmaz. Ancaq bu Niyazi olmazdı. Konsertin başlamasına az qalmış, cox güman böyük səylər göstərərək o, birdən dəyişdi; xəstəlik sanki heç yox imiş. Maestro dirijor pultu arxasında yerini tutaraq, hər zamankı kimi, böyük ilhamla konserti idarə etdi. Belə fədakarlıq və səbr yalnız böyük Niyaziyə xas olan cəhət idi.
Bir neçə il bundan əvvəl, maestronun yetmiş illik yubileyi ərəfəsində, mən “Onun əsas konsertləri qarşıdadır” başlıqlı məqalə yazmışdım. Düşünürəm ki, bu sözləri bu gün də Niyaziyə aid etmək olar, çünki maestronun ifaçılıq sənəti çoxsaylı qramvallarda və səs yazılarında yaşayır, onun əsərləri yaşayır və dünyada milyonlarla insana əsl sənətlə ünsiyyətdə olmaq sevinci bəxş edərək onları mənəvi cəhətdən zənginləşdirir. Nə qədər ki, musiqi yazılır, səslənir – Niyazi yaşayır.
“Маэстро Ниязи. Воспоминания, статьи, письма. Составители: Хаджар ханум Гаджибекова, Асильдар Гусейнов. Баку, Издательство «Ишыг», 1987. С. 78-80.
Tərcümə edən: Xanımbacı Abdinova,AMMDM-nın şöbə müdiri

Baxış sayı: 759
Bölməyə aid digər xəbərlər

29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib
14-04-2026, 23:14
"Sun": Madonna 17 apreldə yeddi ildən sonra ilk albomunu buraxacaq
14-04-2026, 17:40
Bəstəkar Raymonds Pauls xəstəxanaya yerləşdirilib
13-04-2026, 19:26
"Yumor kralı" Qeorqe Urski Moldovada vəfat etdi
9-04-2026, 22:13
Məşhur türk aktyoru Burak Deniz narkotik basqını zamanı saxlanılıb
9-04-2026, 21:50
Xəstəxanaya yerləşdirilmiş bütün teatr işçiləri evə buraxılıb
8-04-2026, 20:28
Başqırdıstan mədəniyyət naziri məhkəməyəqədər həbsdə qalıb
31-03-2026, 23:09
Rusiyanın xalq artisti Nikolay Baskova qarşı qiyabi olaraq əlavə ittihamlar irəli sürüb
30-03-2026, 23:33
"Maski şou"nun aktyoru vəfat etdi
29-03-2026, 18:34
Kirkorovun nümayəndəsi müğənninin Hava Limanında siqaret çəkməsi ilə bağlı şərh verdi
26-03-2026, 23:06
İtalyan rejissor opera üzərində işləyərkən qabırğalarını sındırıb
16-03-2026, 22:02
"Skuf" Rusiyada nümayiş olunmayacaq
2-03-2026, 23:32
İranda YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayı hücumlarda zərər görüb
23-02-2026, 20:36
Cərimənin gec ödənilməsinə görə cərimələndi
21-02-2026, 21:53
"Buranovskie Babuşki" qrupunun üzvü xərçəngdən əziyyət çəkirdi
19-02-2026, 16:37
Putin kimin həbsdə olması lazım olduğunu izah etmək üçün filmdən bir cümlə istifadə etdi
18-02-2026, 18:17
Rusiyada "Ganvest" qrupunun konsertləri ləğv edilib
16-02-2026, 21:32
Xalq artisti vəfat etdi
15-02-2026, 22:59
Bəstəkar Rıbnikov "Bu-ra-ti-no" mahnısına görə 3 milyon rubl qazandı
15-02-2026, 20:09
Lolitanın konserti ləğv edilib
14-02-2026, 21:04
"Tanrı Kuzya" rəsmlərini uşaq rəsmləri adlandırdı