Bəzi insanlar var ki, onların ömrü bir nəslin deyil, bütöv bir xalqın taleyini, ağrısını və zəfərini özündə daşıyır. Mikayıl Soltan oğlu Əhməd məhz belə şəxsiyyətlərdən idi. 1920-ci ilin mayında, Bakının o mehirli bahar günlərinin birində, 13 may tarixində ziyalı ocağında göz açan bu körpənin taleyinə həm səhnə işıqları, həm də bəşəriyyətin gördüyü ən qanlı müharibələrin alovu yazılmışdı. Onun kökü sadəcə bir nəsil ağacı deyil, bir mənəviyyat xəritəsi idi. Atası Soltanəhməd kişi həm tibbin, həm də ilahiyyatın dərinliklərinə bələd olan, Bakı kəndlərində sözü keçən bir insan idi. Bu ailədə böyüyən Mikayıl hələ gənc yaşlarından dərk edirdi ki, insan həm ruhən, həm də cismən sağlam, dürüst və vətənpərvər olmalıdır. Ulu babası doktor Kərbəlayi Mahmud bəyin Pirşağıdakı nüfuzu, xeyirxahlığı Mikayılın qanına, canına hopmuşdu. O, Sultan Əhməd xanədanının nəcibliyini öz xarakterində daşıyırdı.
Gənclik illəri Bakı Teatr Texnikumunun enerjili dəhlizlərində keçirdi. O illəri təsəvvür etmək nə qədər xoşdur: gənc Mikayıl və gələcəyin gülüş kraliçası, əfsanəvi Nəsibə Zeynalova eyni parta arxasında oturur, böyük rejissor Aleksandr Tuqanovun mühazirələrini həvəslə dinləyirdilər. Mikayılın daxilindəki sənət eşqi onu Dram Teatrının səhnəsinə qədər aparmışdı. O, ilk rollarını oynayanda, bəlkə də, bütün ömrünü pərdələrin arxasında, alqışlar sədası altında keçirəcəyini xəyal edirdi. Lakin 1939-cu ilin amansız küləkləri bu xəyalları darmadağın etdi. Cəbhədən gələn barıt qoxusu Bakının neft qoxulu küçələrinə qədər çatmışdı. Mikayıl əlinə tüfəng alıb əvvəlcə Sovet-Fin müharibəsinə yollandı. O, Bakının istisindən çıxıb Finlandiyanın keçilməz meşələrinə, adamın nəfəsini kəsən o dəhşətli, dondurucu şaxtalarına düşdü. Orada ölümün soyuq üzünü ilk dəfə gördü, dostlarını itirdi, amma əyilmədi. Bu, onun üçün böyük sınağın yalnız ilk pərdəsi idi.
1941-ci ildə "Böyük Vətən" müharibəsi başlayanda Mikayıl artıq təcrübəli bir döyüşçü, polad iradəli bir zabit idi. Onun döyüş yolu minlərlə kilometrlik bir qəhrəmanlıq xəritəsidir. Baş leytenant rütbəsi ilə bölməsini irəli aparan Mikayıl, hər addımda ölümü hiss etsə də, geri boylanmırdı. Səngərlərdə dizə qədər suyun, palçığın içində yatanda, günlərlə ac-susuz qalanda bəlkə də xəyalında Bakının dar küçələrini, atasının nəsihətlərini canlandırırdı. Müharibənin ən ağır illərində o, Ukraynanın geniş çöllərindən, Polşanın dumanlı meşələrindən keçdi. Hər azad olunan şəhər, hər geri alınan kənd Mikayılı qələbəyə bir addım da yaxınlaşdırırdı. O, sadəcə bir hərbçi deyil, həm də əsgərləri üçün bir ümid çırağı idi. Atəş altında keçən gecələrdə bəlkə də tələbə yoldaşlarına səhnədən öyrəndiyi o dik duruşu ilə örnək olurdu.
Nəhayət, 1945-ci ilin mayı gəlib çatdı. Berlin artıq görünürdü. Faşizmin yuvası olan bu şəhər divar-divar, küçə-küçə fəth edilirdi. Mikayıl Əhməd qələbənin bir addımlığında, Berlin küçələrində gedən həlledici döyüşlərin birində ağır yaralandı. Mərmi qəlpələri onun vücudunu param-parça etmişdi. Dörd qabırğası tamamilə sıradan çıxmışdı. Berlinın dumanlı səması altında qan içində uzanan bu igid Bakı balası hələ bilmirdi ki, onun ailəsinə artıq "qara kağız" göndərilib. Evlərində onun yasını tuturdular, anası göz yaşları ilə onun yoluna baxırdı. Lakin Mikayılın daxilindəki o ilahi güc, həkim olan atasından keçən yaşamaq əzmi onu ölümdən qopardı. Cərrahlar onun sinəsinə süni qabırğalar yerləşdirdilər. Bu, o dövr üçün möcüzə idi. O, il yarım Avstriyanın hərbi hospitallarında hər gün yenidən doğulurdu. Bədəni qəlpələrlə dolu olsa da, ruhu bütöv idi. 1947-ci ildə Mikayıl Bakıya, doğma evinə qayıtdı. Qapını döyəndə ailəsi gözlərinə inanmırdı – axı onlar onu çoxdan torpağa tapşırmışdılar. Öldü deyilən oğul, sinəsi "Qırmızı Bayraq" və "Qızıl Ulduz" ordenləri ilə bəzənmiş, amma bədəni müharibənin izlərini daşıyan bir qəhrəman kimi geri dönmüşdü. Müharibədən sonra o, bir müddət hərbi zavodların mühafizəsində çalışsa da, daxilindəki o bitib-tükənməz enerji onu mavi sulara səslədi. O, taleyini Xəzər Dəniz Gəmiçiliyi ilə bağladı. "Sovet Özbəkistanı", "Həmid Sultanov" kimi gəmilərdə kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəldi. Dənizin dalğaları sanki onun müharibə illərindəki yorğunluğunu yuyub aparırdı. 55 yaşında təqaüdə çıxsa da, Xəzərdən ayrıla bilmədi, 65 yaşına qədər dənizə, gəmiçiliyə xidmət etdi. Azərbaycan dövləti tərəfindən 25 orden-medalla təltif olunan Mikayıl həm də fərdi təqaüdçü idi.
1947-ci ildə təqvalı və mömin bir insan olan Almaxanımla evlənmiş Mikayıl Əhmədin ən böyük əsəri isə yetişdirdiyi övladları və onların vətənə olan xidmətləri oldu. Onun ocağından çıxan hər bir fərd cəmiyyətin sütununa çevrildi. Böyük oğlu, Fizika İnstitutunun ixtiraçı mühəndisi kimi onlarla aqreqat dəzgahın müəllifi oldu, elmi tərəqqiyə töhfə verdi. Böyük qızı Çeşmi xanım uzun illər ticarət sahəsində məsuliyyətli rəhbər vəzifələrdə çalışdı.
Ortancıl qızı Afət xanım Texniki Universiteti bitirib texniki elmlər sahəsində fəaliyyət göstərdi. Kiçik qızı Zita xanım isə tibb işçisi kimi yüzlərlə xəstəyə şəfqət əlini uzatdı, onların ağrılarını dindirdi. Və əlbəttə ki, ailənin kiçik oğlu, hər kəsin tanıdığı və sevdiyi professor Vüqar Əhməd. O, atasından aldığı o yaradıcılıq və ziyalılıq estafetini elm və sənət zirvələrinə daşıdı.
Mikayıl kişinin nəcabəti nəvələrində də özünü büruzə verdi. Nəvəsi Fərid hüquq sistemində dürüstlüklə xidmət edir. Digər nəvələri isə babalarının müharibə rəşadətini yeni tariximizə yazdılar. Nəvəsi Mətin həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin qazisi, veteranıdır. Cənab Prezident onu 5 medalla təltif edib.
Digər nəvəsi Kənan isə Birinci Qarabağ müharibəsinin qazisi, mayor rütbəli zabitdir. Onlar babalarının Berlinə apardığı o zəfər bayrağını Şuşaya, Xankəndiyə sancan nəslin nümayəndələridir. Və bu böyük nəslin səsini dünyaya yayan, dünya şöhrətli müğənni Almaxanım. O, babasının səhnəyə olan yarımçıq qalmış eşqini öz ecazkar səsi ilə ən möhtəşəm səhnələrdə tamamlayır, adını daşıdığı nənəsi Almaxanımın əməlisalehlik şərəfini uca tutaraq təmiz əxlaqı, zəngin tərbiyəsi ilə özünü qədirbilən və tükü-tükdən seçən tamaşaçılara daha artıq sevdirir. Almaxanımın qardaşı Hüseyn artıq neçə ildir Badamdar bələdiyyəsində baş mütəxəssis kimi çalışır.
Ulu Öndər Heydər Əliyevlə olan mütəmadi görüşləri Mikayıl kişinin vətənə olan sevgisini daha da alovlandırırdı. 1995-ci ildə, 75 yaşında bu dünya ilə vidalaşanda o, arxasında təkcə qəhrəmanlıqlarla dolu bir keçmiş deyil, həm də Azərbaycanın elmində, hüququnda, ordusunda və mədəniyyətində sözünü deyən nəhəng bir nəsil qoyub getdi. 13 mayda doğulan bu böyük insan, hər il baharın bu günündə xatırlanır. O, Berlinin divarlarına Azərbaycanın adını yazan, Xəzərin sularında iz qoyan, səhnənin estetikası ilə səngərin sərtliyini özündə birləşdirən nadir bir şəxsiyyət idi. Allah rəhmət eləsin!
MÜSLÜM XAN
18:35 / 29-09-2026
Bir şagird sinfinə hücum edərək müəllimini öldürüb
18:32 / 29-09-2026
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
18:29 / 29-09-2026
Argentina Britaniyaya Folklend adaları yaxınlığında neft hasilatını dayandırmaq üçün iki həftə vaxt verib
18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
14:46 / 29-09-2026
Yeddi regional qubernator parlament mandatlarından imtina edib
14:44 / 29-09-2026
İspaniyaya viza haqqı 1500 rubl artıb
14:42 / 29-09-2026
Bir ayı qəbiristanlığa yaxınlaşaraq məzar qazıb
14:36 / 29-09-2026
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
Xəzərdən Berlinə, Berlindən Əbədiyyətə: Mikayıl Əhmədin Şərəf Yolu
Tarix: 31-05-2026 17:47 | Bölmə: Sosial
Baxış sayı: 333
Bölməyə aid digər xəbərlər
Tarix: 31-05-2026 17:47 | Bölmə: Sosial
Baxış sayı: 333
Bölməyə aid digər xəbərlər
Bu gün, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi














