00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
HÜQUQŞÜNAS-ŞAİR, “QIZIL QƏLƏM” MEDİA MÜKAFATI LAUREANTI ƏDALƏT İZZƏTOĞLU QAFAROVUN ŞEİRLƏRİ
Tarix: 21-09-2018 09:32 | Bölmə: Mədəniyyət

MƏNİ DEYİRLƏR…
Çiçəkləyən ağaclar barın verəcək,
Almasın, heyvasın, narın verəcək,
Bağbanı olmasa xarın verəcək,
Bağbansız şairəm, məni deyirlər.
Şeytan bizi yolumuzdan azdırıb,
Quyumuzu yaman dərin qazdırıb,
Dərdi, qəmi taleyimə yazdırıb,
Dərdli bir şairəm, məni deyirlər.
Şeirim düzülüb qəmimdən gəlir,
Vətənə sevgidən, dəmimdən gəlir,
Yazdığım şeirlər təbimdən gəlir,
İlhamlı şairəm, məni deyirlər.
Dağların başında duman görünsə,
İldırım, fırtına, tufan görünsə,
Məşəqqət, qiyamət, boran görünsə,
Çoşqun bir şairəm, məni deyirlər.
Qələmim əlimdə hey yazır, yazır,
Yazdıqca xəyallar başımda azır,
Düşmən vətənimə məzarlar qazır,
Naməkam şairəm, məni deyirlər.
Ədalətəm, haqqı danan deyiləm,
Nahaqqa haqq demə, qanan deyiləm,
Düşmənin halına yanan deyiləm,
Amansız şairəm, məni deyirlər.
V Ə T Ə N
Vətənimdən necə küsüm, inciyim?
Vətən mənim damarımda qanımdır.
Anamızdan necə küsüm, inciyim?
O ki, mənim varlığımdır, canımdır.
Vətən məni bu günlərə çatdırıb,
Ömür verib, illərinə qatdırıb,
Şeir, sənət aləminə atdırıb,
O ki, mənim varlığımdır, canımdır.
Vətən mənim torpağımdır, daşımdır,
Ucal Vətən! Ucalığın başımdır.
Şanlı tarix əbədi yaddaşımdır,
O ki, mənim varlığımdır, canımdır.
İran-Turan hamısı qardaşımdır,
Kür-Arazım elə bil göz yaşımdır.
Məkkə-Mədinəm də qəlb sirdaşımdır,
O ki, mənim varlığımdır, canımdır.
İzzətoğlu, vətəninə sən də yan,
Görəsən olarmı, Vətəndən doyan?
Vətənin yolunda ürəklə dayan,
O ki, mənim varlığımdır, canımdır.
DÖYÜŞKƏN ƏSGƏRƏM
Yurdumun səsi qalıb qulaqlarımda,
Hər gün qan ağlayır bulaqlarım da,
Quruyub, çatlayır dodaqlarım da,
Döyüşkən əsgərəm Vətən yolunda.
Yollara çıxmışam ucsuz, bucaqsız,
Qalmışam vətəndə evsiz, ocaqsız,
Olsam da həyatda nə qədər halsız,
Döyüşkən əsgərəm Vətən yolunda.
Bu həyat vətənsiz nəyə gərəkdir?
Şəhidlər vətənə böyük örnəkdir.
Nə qədər vətənim mənə gərəkdir,
Döyüşkən əsgərəm Vətən yolunda.
Üçrəngli bayrağım, ucal göylərə,
Şanın, şöhrətin düşsün dillərə,
Sözümü deyirəm, düşmən ellərə,
Döyüşkən əsgərəm Vətən yolunda.
Ədalət, düşmənə vermə sən aman,
Düşmənin qiymətin verəcək zaman.
Əlimdə qələmim, dönmüşəm yaman,
Döyüşkən əsgərəm Vətən yolunda.
XALQIN ŞAİRİYƏM, MƏNİ DEYİRLƏR
Həyat sərt sınağa çəkibdir məni,
Dağları bürüyüb, görünməz çəni,
Sevincimi alıb, veribdir qəmi,
Yurdsuz bir şairəm, məni deyirlər.
İşğaldır torpağım, solub bağları,
Həsrətə dözməyir qəlbin dağları,
Keçibdir ömrümün gənclik çağları,
Yurdsuz bir şairəm, məni deyirlər.
Anamı itirdim Ana Vətəndə,
Yurdumu itirdim Ulu Vətəndə,
Yaşadım yetimtək doğma vətəndə,
Yurdsuz bir şairəm, məni deyirlər.
Çoşğun bir dalğayam Vətəndən ötrü,
Yanıram, kül oldum Vətəndən ötrü,
Qəlbi yara qalmışam Vətəndən ötrü,
Yurdsuz bir şairəm, məni deyirlər.
Xəyalda yurduma səfər edirəm,
Gecəni bir təhər səhər edirəm,
Dərdimi boğuram, qəhər edirəm,
Yurdsuz bir şairəm, məni deyirlər.
Ədalət, Vətənlə çəkilir adın,
Düşmən qoy bilsin ölümün dadın,
Nə işi qalıbdır torpaqda yadın?
Yurdsuz bir şairəm, məni deyirlər.
Xalqın şairiyəm, məni deyirlər.
UCALA BİLMƏZ
(Şəhidlərə ithaf edirəm)
Sağalmaz yarası Şəhid balanın,
Yüz illər dolanıb keçsə aradan.
Saraylar ucalsa zərli qaladan,
Şəhidin ruhutək ucala bilməz.
Qalxıb qartaltək uca göylərə,
Püskürüb vulkantək axsa çöllərə,
Ulduztək özünü sayanlar belə,
Şəhidin ruhutək ucala bilməz.
Dünya fəth etsə də kosmosu, ayı,
Nə qədər tikilsə də şahlar sarayı,
Deyimlər çoxalıb artsa da sayı,
Şəhidin ruhutək ucala bilməz.
Ədaləti aciz bilib sayanlar,
Özgə torpağına ayaq basanlar,
Şərəf lövhəsində özünü asanlar,
Şəhidin ruhutək ucala bilməz.
ALLAH EŞQİNƏ
Göylərə qalxıram, göyün ərşinə,
Oradan baxıram yer kürəsinə,
Kainat yaratmış çoxlu möcüzə,
Planetlər dövr edir Allah eşqinə.
Dünyanı bəxş edib Uca Yaradan.
Həyat maraqlıdır, sanki nağıldan.
Qüvvət gəlir mənə, Ulu Tanrıdan.
Döyünür qəlbim də Allah eşqinə.
Dəyişsin zamanın gözəl nağılı,
Allahım almasın heç vaxt ağılı.
Həyatınız olsun sevgi nağılı.
Gülsün üzümüz də Allah eşqinə.
Dinləyib sözümü, hərdən kəsməyin,
Yarpaqtək yellənib tez də əsməyin,
Bir işə başlayarkən heç tələsməyin,
Tanrının səbrinə, Allah eşqinə.
Ellərim əsirdir, biz də düşünək,
Yazıram şerimi onun eşqinə.
Ədalət, qəlbində çatlayır ürək,
Qaytaraq yurdları Allah eşqinə.
SOLUB QARA GÖZLƏRİM
Vətəndən danışıb dastan yazdığım,
Ruhumdan süzülür gəlir sözlərim.
İtirdim, tapmıram, yolun azdığım,
Dağlar üçün solub qara gözlərim.
Günlərim uzundur, ilə bərabər,
Sözləri yazıram dürrə bərabər,
Gözümdən yaş axır selə bərabər,
Dağlar üçün solub qara gözlərim.
Köhnə sazım asılıbdı sinəmdə,
Dilbilməzlər salıb məni kəməndə,
Yollar bağlı, əlim çatmır o kəndə,
Dağlar üçün solub qara gözlərim.
Qaşıyıb yaramı qanatma qardaş,
Ömrümün acısın, yarasın, qardaş,
Deyirəm, yol açaq, o yurda, qardaş,
Dağlar üçün solub qara gözlərim.
İzzətoğlu, nə yatmısan, dur, oyan,
İşğaldır torpaqlar, demə ki, dayan.
Üçrənli bayrağın rəngiylə boyan,
Dağlar üçün solub qara gözlərim.
V İ C D A N
Söz deyə bilmirəm ellər içində,
Qanunlar pozulur dünyada, Allah!
Vicdanım susmayır, çoşur içimdə,
Millətə yazığn gəlsin, ay Allah.
Vicdanını təmizlə, ol ona yoldaş,
Vicdanını satma rüşvətə qardaş.
Pak vicdanlara əyərəm mən baş,
Millətə yazığn gəlsin, ay Allah.
Dünyamız alışıb, dünyamız yanır,
Bu həyat dəyişir, qana bulanır,
Bir çoxu çörəyə möhtac dolanır,
Millətə yazığn gəlsin, ay Allah.
Savadsız qalıbdır millətin çoxu,
Alıblar əlindən təhsilin, Allah!
Kürəmiz dəyişir, çıxacaq oxu,
Millətə yazığn gəlsin, ay Allah.
Ətrafı bürüyüb xəstəlik, qoxu,
Görə də bilmirəm gözləri toxu,
Bir dinlə Ədaləti, şözünü oxu,
Millətə yazığn gəlsin, ay Allah.
DÜNYAMIZ BOŞALIR, YENƏ DƏ DOLUR...
Həsrətdən bu ürəyim şan-şan olur,
Yurdsuzam dərdimdən gözlərim dolur.
Fikirdən coşuram, həyatım solur,
Dünyamız boşalır, yenə də dolur...
Boşalıb dolduqca bu fani dünya,
Ümüdlər qapanır, arzular solur.
Əzəldən yaranıb əbədi dünya,
Dünyamız boşalır, yenə də dolur...
Yol cəkir gözlərim, kimlə dərdləşim?
Yurd dərdimlə neçə illər əlləşim?
Bəlkə həb qəbul edim, tamam keyləşim?
Dünyamız boşalır, yenə də dolur...
Tarixi arasaq vətənimiz böyükdür,
Əzəldən torpağımız bölük-bölükdür,
Fikirlər başımda yaman dönükdür,
Dünyamız boşalır, yenə də dolur...
Qoruyaq Odlar Yurdu, doğma Vətəni,
Solubdur Ədalətin vətənində çəməni,
Yurdumuzun yoxdu başqa bir təni.
Dünyamız boşalır, yenə də dolur...
BU EŞQİN NƏYİNDƏN KÜSÜM?
“Sənsiz yaşamaram” demişdin mənə,
Tutub əllərimdən sıxdın sinənə.
Acı göz yaşını axıtdın yenə,
Alışan bu eşqin nəyindən küsüm?
Kədər qılıncını çəkdin üstümə,
Soyuq nəfəsinlə gəldin qəsdimə,
Qoşulmadın yanan alov, tüstümə,
Alışan bu eşqin nəyindən küsüm?
Göylərdən alışıb gələn bu eşqin,
Qəlbimdə öz yeri, sözdə öz yeri,
Dağlarda öz yeri, düzdə öz yeri,
Alışan bu eşqin nəyindən küsüm?
Sevək, məhəbbətin qədrini bilək
Birlikdə sevinək, birlikdə gülək,
Sevgi dünyasını yaşayaq gərək,
Alışan bu eşqin nəyindən küsüm?
Ədalət, bağlandın vəfasız yara,
Bu eşq atəşiylə çəkildin dara,
Ürək çatlayacaq, olacaq para,
Alışan bu eşqin nəyindən küsüm?
ÜRƏK NECƏ DÖZSÜN BU AYRILIĞA?
Yadıma yurdumun dağları düşür,
Həsrətdən quruyan bağları düşür,
Gənclik illərimin çağları düşür,
Ürək necə dözsün bu ayrılığa?
Xəyalımda canlanır o gözəl aləm,
Ürəyimdə kədər, gözlərimdə qəm,
Başımda fırlanır, bütün bu aləm,
Ürək necə dözsün bu ayrılığa?
Ağdam, Füzuli, Cəbrayıl, Laçın,
Qarabağa gedən yolları açın.
Günahı nədədir ağarmış saçın?
Ürək necə dözsün bu ayrılığa?
Dağlarım həşərat yurduna dönüb,
Vətənimdə neçə ocağım sönüb,
Fələyin üzü də yamanca çönüb,
Ürək necə dözsün bu ayrılığa?
Elimdən görəndə bir el adamı,
Ürəklər yaxındır, alır qadamı.
Qaytaraq elləri, qalsın yadamı?
Ürək necə dözsün bu ayrılığa?
Ədalət qocalıb yurduna dönsə.
Dağlarım bu gəlişimə sevinsə,
Necə olacağam görən ay Allah?
Ürək necə dözsün bu ayrılığa?
Baxış sayı: 1 892
Bölməyə aid digər xəbərlər
Tarix: 21-09-2018 09:32 | Bölmə: Mədəniyyət

MƏNİ DEYİRLƏR…
Çiçəkləyən ağaclar barın verəcək,
Almasın, heyvasın, narın verəcək,
Bağbanı olmasa xarın verəcək,
Bağbansız şairəm, məni deyirlər.
Şeytan bizi yolumuzdan azdırıb,
Quyumuzu yaman dərin qazdırıb,
Dərdi, qəmi taleyimə yazdırıb,
Dərdli bir şairəm, məni deyirlər.
Şeirim düzülüb qəmimdən gəlir,
Vətənə sevgidən, dəmimdən gəlir,
Yazdığım şeirlər təbimdən gəlir,
İlhamlı şairəm, məni deyirlər.
Dağların başında duman görünsə,
İldırım, fırtına, tufan görünsə,
Məşəqqət, qiyamət, boran görünsə,
Çoşqun bir şairəm, məni deyirlər.
Qələmim əlimdə hey yazır, yazır,
Yazdıqca xəyallar başımda azır,
Düşmən vətənimə məzarlar qazır,
Naməkam şairəm, məni deyirlər.
Ədalətəm, haqqı danan deyiləm,
Nahaqqa haqq demə, qanan deyiləm,
Düşmənin halına yanan deyiləm,
Amansız şairəm, məni deyirlər.
V Ə T Ə N
Vətənimdən necə küsüm, inciyim?
Vətən mənim damarımda qanımdır.
Anamızdan necə küsüm, inciyim?
O ki, mənim varlığımdır, canımdır.
Vətən məni bu günlərə çatdırıb,
Ömür verib, illərinə qatdırıb,
Şeir, sənət aləminə atdırıb,
O ki, mənim varlığımdır, canımdır.
Vətən mənim torpağımdır, daşımdır,
Ucal Vətən! Ucalığın başımdır.
Şanlı tarix əbədi yaddaşımdır,
O ki, mənim varlığımdır, canımdır.
İran-Turan hamısı qardaşımdır,
Kür-Arazım elə bil göz yaşımdır.
Məkkə-Mədinəm də qəlb sirdaşımdır,
O ki, mənim varlığımdır, canımdır.
İzzətoğlu, vətəninə sən də yan,
Görəsən olarmı, Vətəndən doyan?
Vətənin yolunda ürəklə dayan,
O ki, mənim varlığımdır, canımdır.
DÖYÜŞKƏN ƏSGƏRƏM
Yurdumun səsi qalıb qulaqlarımda,
Hər gün qan ağlayır bulaqlarım da,
Quruyub, çatlayır dodaqlarım da,
Döyüşkən əsgərəm Vətən yolunda.
Yollara çıxmışam ucsuz, bucaqsız,
Qalmışam vətəndə evsiz, ocaqsız,
Olsam da həyatda nə qədər halsız,
Döyüşkən əsgərəm Vətən yolunda.
Bu həyat vətənsiz nəyə gərəkdir?
Şəhidlər vətənə böyük örnəkdir.
Nə qədər vətənim mənə gərəkdir,
Döyüşkən əsgərəm Vətən yolunda.
Üçrəngli bayrağım, ucal göylərə,
Şanın, şöhrətin düşsün dillərə,
Sözümü deyirəm, düşmən ellərə,
Döyüşkən əsgərəm Vətən yolunda.
Ədalət, düşmənə vermə sən aman,
Düşmənin qiymətin verəcək zaman.
Əlimdə qələmim, dönmüşəm yaman,
Döyüşkən əsgərəm Vətən yolunda.
XALQIN ŞAİRİYƏM, MƏNİ DEYİRLƏR
Həyat sərt sınağa çəkibdir məni,
Dağları bürüyüb, görünməz çəni,
Sevincimi alıb, veribdir qəmi,
Yurdsuz bir şairəm, məni deyirlər.
İşğaldır torpağım, solub bağları,
Həsrətə dözməyir qəlbin dağları,
Keçibdir ömrümün gənclik çağları,
Yurdsuz bir şairəm, məni deyirlər.
Anamı itirdim Ana Vətəndə,
Yurdumu itirdim Ulu Vətəndə,
Yaşadım yetimtək doğma vətəndə,
Yurdsuz bir şairəm, məni deyirlər.
Çoşğun bir dalğayam Vətəndən ötrü,
Yanıram, kül oldum Vətəndən ötrü,
Qəlbi yara qalmışam Vətəndən ötrü,
Yurdsuz bir şairəm, məni deyirlər.
Xəyalda yurduma səfər edirəm,
Gecəni bir təhər səhər edirəm,
Dərdimi boğuram, qəhər edirəm,
Yurdsuz bir şairəm, məni deyirlər.
Ədalət, Vətənlə çəkilir adın,
Düşmən qoy bilsin ölümün dadın,
Nə işi qalıbdır torpaqda yadın?
Yurdsuz bir şairəm, məni deyirlər.
Xalqın şairiyəm, məni deyirlər.
UCALA BİLMƏZ
(Şəhidlərə ithaf edirəm)
Sağalmaz yarası Şəhid balanın,
Yüz illər dolanıb keçsə aradan.
Saraylar ucalsa zərli qaladan,
Şəhidin ruhutək ucala bilməz.
Qalxıb qartaltək uca göylərə,
Püskürüb vulkantək axsa çöllərə,
Ulduztək özünü sayanlar belə,
Şəhidin ruhutək ucala bilməz.
Dünya fəth etsə də kosmosu, ayı,
Nə qədər tikilsə də şahlar sarayı,
Deyimlər çoxalıb artsa da sayı,
Şəhidin ruhutək ucala bilməz.
Ədaləti aciz bilib sayanlar,
Özgə torpağına ayaq basanlar,
Şərəf lövhəsində özünü asanlar,
Şəhidin ruhutək ucala bilməz.
ALLAH EŞQİNƏ
Göylərə qalxıram, göyün ərşinə,
Oradan baxıram yer kürəsinə,
Kainat yaratmış çoxlu möcüzə,
Planetlər dövr edir Allah eşqinə.
Dünyanı bəxş edib Uca Yaradan.
Həyat maraqlıdır, sanki nağıldan.
Qüvvət gəlir mənə, Ulu Tanrıdan.
Döyünür qəlbim də Allah eşqinə.
Dəyişsin zamanın gözəl nağılı,
Allahım almasın heç vaxt ağılı.
Həyatınız olsun sevgi nağılı.
Gülsün üzümüz də Allah eşqinə.
Dinləyib sözümü, hərdən kəsməyin,
Yarpaqtək yellənib tez də əsməyin,
Bir işə başlayarkən heç tələsməyin,
Tanrının səbrinə, Allah eşqinə.
Ellərim əsirdir, biz də düşünək,
Yazıram şerimi onun eşqinə.
Ədalət, qəlbində çatlayır ürək,
Qaytaraq yurdları Allah eşqinə.
SOLUB QARA GÖZLƏRİM
Vətəndən danışıb dastan yazdığım,
Ruhumdan süzülür gəlir sözlərim.
İtirdim, tapmıram, yolun azdığım,
Dağlar üçün solub qara gözlərim.
Günlərim uzundur, ilə bərabər,
Sözləri yazıram dürrə bərabər,
Gözümdən yaş axır selə bərabər,
Dağlar üçün solub qara gözlərim.
Köhnə sazım asılıbdı sinəmdə,
Dilbilməzlər salıb məni kəməndə,
Yollar bağlı, əlim çatmır o kəndə,
Dağlar üçün solub qara gözlərim.
Qaşıyıb yaramı qanatma qardaş,
Ömrümün acısın, yarasın, qardaş,
Deyirəm, yol açaq, o yurda, qardaş,
Dağlar üçün solub qara gözlərim.
İzzətoğlu, nə yatmısan, dur, oyan,
İşğaldır torpaqlar, demə ki, dayan.
Üçrənli bayrağın rəngiylə boyan,
Dağlar üçün solub qara gözlərim.
V İ C D A N
Söz deyə bilmirəm ellər içində,
Qanunlar pozulur dünyada, Allah!
Vicdanım susmayır, çoşur içimdə,
Millətə yazığn gəlsin, ay Allah.
Vicdanını təmizlə, ol ona yoldaş,
Vicdanını satma rüşvətə qardaş.
Pak vicdanlara əyərəm mən baş,
Millətə yazığn gəlsin, ay Allah.
Dünyamız alışıb, dünyamız yanır,
Bu həyat dəyişir, qana bulanır,
Bir çoxu çörəyə möhtac dolanır,
Millətə yazığn gəlsin, ay Allah.
Savadsız qalıbdır millətin çoxu,
Alıblar əlindən təhsilin, Allah!
Kürəmiz dəyişir, çıxacaq oxu,
Millətə yazığn gəlsin, ay Allah.
Ətrafı bürüyüb xəstəlik, qoxu,
Görə də bilmirəm gözləri toxu,
Bir dinlə Ədaləti, şözünü oxu,
Millətə yazığn gəlsin, ay Allah.
DÜNYAMIZ BOŞALIR, YENƏ DƏ DOLUR...
Həsrətdən bu ürəyim şan-şan olur,
Yurdsuzam dərdimdən gözlərim dolur.
Fikirdən coşuram, həyatım solur,
Dünyamız boşalır, yenə də dolur...
Boşalıb dolduqca bu fani dünya,
Ümüdlər qapanır, arzular solur.
Əzəldən yaranıb əbədi dünya,
Dünyamız boşalır, yenə də dolur...
Yol cəkir gözlərim, kimlə dərdləşim?
Yurd dərdimlə neçə illər əlləşim?
Bəlkə həb qəbul edim, tamam keyləşim?
Dünyamız boşalır, yenə də dolur...
Tarixi arasaq vətənimiz böyükdür,
Əzəldən torpağımız bölük-bölükdür,
Fikirlər başımda yaman dönükdür,
Dünyamız boşalır, yenə də dolur...
Qoruyaq Odlar Yurdu, doğma Vətəni,
Solubdur Ədalətin vətənində çəməni,
Yurdumuzun yoxdu başqa bir təni.
Dünyamız boşalır, yenə də dolur...
BU EŞQİN NƏYİNDƏN KÜSÜM?
“Sənsiz yaşamaram” demişdin mənə,
Tutub əllərimdən sıxdın sinənə.
Acı göz yaşını axıtdın yenə,
Alışan bu eşqin nəyindən küsüm?
Kədər qılıncını çəkdin üstümə,
Soyuq nəfəsinlə gəldin qəsdimə,
Qoşulmadın yanan alov, tüstümə,
Alışan bu eşqin nəyindən küsüm?
Göylərdən alışıb gələn bu eşqin,
Qəlbimdə öz yeri, sözdə öz yeri,
Dağlarda öz yeri, düzdə öz yeri,
Alışan bu eşqin nəyindən küsüm?
Sevək, məhəbbətin qədrini bilək
Birlikdə sevinək, birlikdə gülək,
Sevgi dünyasını yaşayaq gərək,
Alışan bu eşqin nəyindən küsüm?
Ədalət, bağlandın vəfasız yara,
Bu eşq atəşiylə çəkildin dara,
Ürək çatlayacaq, olacaq para,
Alışan bu eşqin nəyindən küsüm?
ÜRƏK NECƏ DÖZSÜN BU AYRILIĞA?
Yadıma yurdumun dağları düşür,
Həsrətdən quruyan bağları düşür,
Gənclik illərimin çağları düşür,
Ürək necə dözsün bu ayrılığa?
Xəyalımda canlanır o gözəl aləm,
Ürəyimdə kədər, gözlərimdə qəm,
Başımda fırlanır, bütün bu aləm,
Ürək necə dözsün bu ayrılığa?
Ağdam, Füzuli, Cəbrayıl, Laçın,
Qarabağa gedən yolları açın.
Günahı nədədir ağarmış saçın?
Ürək necə dözsün bu ayrılığa?
Dağlarım həşərat yurduna dönüb,
Vətənimdə neçə ocağım sönüb,
Fələyin üzü də yamanca çönüb,
Ürək necə dözsün bu ayrılığa?
Elimdən görəndə bir el adamı,
Ürəklər yaxındır, alır qadamı.
Qaytaraq elləri, qalsın yadamı?
Ürək necə dözsün bu ayrılığa?
Ədalət qocalıb yurduna dönsə.
Dağlarım bu gəlişimə sevinsə,
Necə olacağam görən ay Allah?
Ürək necə dözsün bu ayrılığa?
Baxış sayı: 1 892
Bölməyə aid digər xəbərlər
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb













