12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə H.Cavidi anacaq...
Tarix: 19-09-2018 10:48 | Bölmə: Mədəniyyət

   Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley  mövsümünüsentyabrın 25-də açacaqdır.Kollektiv mövsümün  ilk tamaşası  olaraq N.Muradoğlunun  “Zülmətdə nur”  yeni səhnə əsərini   tamaşaçılaratəqdim edəcəkdir.
Teatrın mətbuat xidmətindən sabaha-inamla.az-a verilən məlumata görə
tamaşanınquruluşçu rejissoru  xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısıTelman Qəniyevdir. Əsas obrazları əməkdar artistlər  İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Sədaqət Nuriyeva, Dağlar Rüstəmov, İlahə Səfərova, İlham Səfərli, Şəhla Məmmədova, Rövşad İlyasov, Akif Mirzəyev ifa edirlər.
Tamaşa 1937-ci il represiya qurbanlarının, əsasən də H.Cavid ailəsinin faciəvi həyatındanbəhs edir. Tamaşada H.Cavid ilə bərabər, o dövr Stalin və Bağırov Siyasətinin qurbanları Ə.Cavad, M.Müşfiqin və onların həyat yoldaşları Şükriyyə və Dilbər xanımın represiya əzabları səhnədə yer alıb.
Sabaha-inamla.az






Baxış sayı: 785


Bölməyə aid digər xəbərlər