12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert maraqla qarşılanıb (FOTO)
Tarix: 16-09-2018 02:13 | Bölmə: Mədəniyyət

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyi münasibətilə konsert proqramı keçirilib.
Konsertdə Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edib.
Konsertdə Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunub.
Azərbaycanın Xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, Əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natəvan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupunun ifasında dinlənilən bir-birindən parlaq nəğmələr gecənin ahənginə rəngarənglik qatıb.
Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun əsrarəngiz ifaları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Sonda Mərkəzin parkında atəşfəşanlıq olub.
Konserti Milli Parkda şəhərimizin qonaqları və paytaxtımızın sakinləri monitordan izləyiblər.









Baxış sayı: 774


Bölməyə aid digər xəbərlər