22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə start verdi...
Tarix: 03-09-2018 10:02 | Bölmə: Mədəniyyət

Yaranmasının 50-ci  ildönümünə qədəm qoyan Sumqayıt Dövlət Dram Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vurub bütün heyətlə işə başlamışdır.
Teatrın mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə sentyabrın 1-də teatrda keçilən toplantıda teatrın direktoru, əməkdar artist Mübariz Həmidov yeni 50-ci yubiley mövsümü münasibəti ilə kollektivi təbrik edərək, yeni teatr mövsümündə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə kollektivə ətraflı məlumat verdi. “ Bu ilki mövsüm bizim teatr və şəhərimiz üçün xüsusi önəm daşıyır. Bilirsiniz ki, ölkə başçımız Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdır.
Bu gündən etibarən biz kollektivlə birgə oktyabr ayında  keçirəcəyimiz yubiley tədbirinə hazırlıq işlərinə başlayırıq. Şübhəsiz ki, Azərbaycan Milli Peşəkar Teatrının ayrılmış qolu olan Sumqayıt Dövlət Dram Tearının yubileyi şəhərimizin adına və teatrımızın şanlı yaxın keçmişinə layiq olmalıdır. Əminəm ki, biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarıməsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə keçirəcəyik”-deyə teatrın direktoru Mübariz Həmidov çıxışında qeyd etdi.
Daha sonra teatrın rəhbəri teatrın daxili nizam intizamına riayət edilməsi və yeni hazırlanan tamaşalar barədə də məlumat verərək, kollektivə yeni mövsümdə yeni sənət uğurları arzuladı.
  Sabaha-inamla.az


Baxış sayı: 672


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya