22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib
Tarix: 02-09-2018 19:20 | Bölmə: Mədəniyyət

                          

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) yeni mövsümü açıq elan edib.
“Report” xəbər verir ki, yeni mövsümdə ilk tamaşalar sentyabr ayının 22-də nümayiş olunacaq.
Həmin gün uşaqlar üçün saat 14:00-da P.Cullifordun “Şirinlər”, axşam 19:00-da isə böyüklər üçün M.Füzulinin “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.
Hazırda kollektiv M.Servantesin"Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayıb təqdim edəcək.
Diqqətə çatdıraq ki, 9 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Yubiley tədbirinin rejissoru Xalq artisti, rejissor Vaqif Əsədovdur.


Baxış sayı: 688


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya