00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
NƏ YATMISAN, QOCA VULKAN!-Ramiz QASIMOV
Tarix: 01-12-2020 21:31 | Bölmə: Mədəniyyət
Anım günündə ustad sənətkarı xatırlarkən

O, bütün yaradıcılığı ilə xalqın milli oyanış, mücadilə və birlik carçısı idi. Onun əsərlərindən azadlıq və birlik yanğısı bütün maneələri dağıdan, aşıb-daşan qoca bir vulkan kimi püskürürdü. “Vətən daşı olmayandan Olmaz ölkə vətəndaşı” deyən qoca sənətkar “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” deyə məhəbbətini bütün aydınlığı, çılpaqlığı ilə ortaya qoymuşdu. Onun qələmi də “Xətainin qılıncından” doğulmuşdu. “Qələm gəldi əlimə, Araz gəlir dilimə” deyən şair “məqamı gələndə Araza bənd” olandı. “Xudafərin harayından qalan şair yaradıcılığı ilə Araz kimi ikiyə bölünmüş xalqın arasından dərdli və coşqu ilə axıb keçərək həm də körpü rolunu oynayır. “Bütün keşməkeşləri”, “sel boğan dərələri” bir mərd qadın və bir də Vətən adı ilə keçən ləyaqətli insan, sədaqətli vətəndaş, Xalq şairidi Məmməd Araz. Hər zaman yaşamağa haqqı olan bir qüdrətli söz ustadı Məmməd Araz!
Xalq şairi Məmməd Araz özünün vətənə həsr olunan şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsini təbliğ etmiş və Azərbaycan istiqlalına görkəmli xidmət göstərmiş sənət adamıdır. Onun “Ana torpaq”, “Şeirə gətir”, “Məndən ötdü, qardaşıma dəydi”, “Azərbaycan, dünyam mənim”, “Ana yurdum, hər daşına üz qoyum”, “Qarabağ düzü”, “Vətən mənə oğul desə”, “Vətən mükafatı”, “Bizi vətən çağırır” və digər çoxsaylı əsərləri şairin vətən məhəbbəti və vətəndaşlıq düşüncələrini qabarıq əks etdirən ən gözəl poetik nümunələrdəndir. Ümumiyyətlə, milli müqəddərat və birlik məsələsi, həmrəylik ideyası Məmməd Araz yaradıcılığının başlıca qayəsini təşkil edirdi. “Ayağa dur, Azərbaycan” və başqa şeirləri Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb. Görkəmli şairin “Ayağa dur, Azərbaycan” şeirində bütövlükdə Azərbaycan xalqının milli istiqlal idealları və düşüncəsi özünü əks etdirib. Şeirdə:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
...Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
– çağırışları əsas yer tuturdu və bütün xalqı birliyə, həmrəyliyə qovuşdururdu.
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax! –
səslənişi xalqın bütün qüvvələrini milli mənafe baxımından birləşdirir və bir ideala, bir amala istiqamətləndirirdi. Qəlbi azadlıq dolu şair hər bir azərbaycanlını vətən naminə milli istiqlala, mübarizəyə, həmrəyliyə səsləyirdi.
Xalq şairi Məmməd Araz özünün dərin məzmunlu, milli mündəricəli və çoxşaxəli yaradıcılıq fəaliyyətinə görə Azərbay-can ədəbiyyatı tarxində, onu sevənlərin qəlbində, xalqın yaddaşında əbədi yaşayacaqdır. Bütöv bir ömür yolunu sönməz vətən məhəbbətli vətəndaşlıq ömrünə sığdıran bu görkəmli şəxsiyyət bir də şair qəlbi və siması ilə özünə oxucu könül-lərində abidə qoymuşdur. Onun yaradıcılığı nə qədər zəngin, çoxcəhətlidirsə, bir o qədər də konkret, dəqiqdir. Bu mənada Məmməd Araz poeziyası:
- Sözün Vətən qibləsidir. Onun əsərlərində Vətən başlıca qayə, məna və meyar zirvəsidir. “Mənim yurdum hardan başlar? Ürəyimin kandarından” deyərək bir sevən ürək boyda Vətən, Vətən boyda bir ürək əks etdirmişdir;
- Onun şeirləri vətəndaşlıq himnlərini xatırladır. Hər sözü, misrası vətən deyən şairin əsərlərində vətənə məhəbbətin ən ləyaqətli nümunələrini görmək olar. “Bircə sağolun da bəsimdi Vətən” deyən şairin təmənnasız Vətən sevgisi bütün əzəməti, möhtəşəmliyi ilə özünü təcəssüm etdirmişdir. Vətəndaş şair özünü, vətəndaşlığını vətən qayalarında bitən bir mamır kimi böyük ustalıqla təsvir etmişdir. Onun yaradıcılıq qayəsində Vətən ata ocağı, ata ocağı isə Vətəndir;
- Ailə dəyərləri, el məhəbbəti, vətənə bağlılıq, adət-ənənələrə sədaqət onun yaradıcılığının əsas qayəsi, məğzi, mənası, dadı-duzu, tamıdır. Məmməd Arazın sözləri daş yaddaşıdır: onun əsərlərində min bir sirr, hekayət, tale, əhvalat yatıb gizlənir. Onun yara¬dıcılığında ağır bir sal qaya kimi oturmuş hər hansı bir sözü qaldırsan, altından min bir tarix, min bir tale, ağır, zəngin bir mədəniyyət, bir yurd yeri, bir ocaq çıxar. Bu cəhətdən Məmməd Arazın şeirləri xalqın həyat və düşüncə tərzinin, milli etnoqrafik yaddaşın – xalq yaddaşının məhək daşıdır. Onun əsərlərində konkret bir el, bir xalq obrazlaşır və öz həyatı, yaşam tərzi, dünyabaxışı ilə poetikləşir, bir xalqın tərcümeyi-halı diqqətə gəlir;
- Onun özünəməxsus dünya dərki bənzərsiz söz urvatına bürünür. Dünya, İnsan və Zaman onun söz yaradıcılığında bir də Məməd Araz təbirilə əks olunur, yenidən diqqətə gəlir: dünyanın gəldi-gedərliyi, insanın faniliyi diqqətə çatdırılır – mənli də, mənsiz də dünya olduğu kimi, bir də dünya sənin, dünya mənim, dünya heç kimin aqibəti öz təcəssümünü tapır;
- Məmməd Araz yaradıcılığı Araz talelidir. Məmməd Araz sözlərində dərin, böyük bir tarix hifz edən Araz yaddaşı hökm sürür. Onun yaradıcılığında bölünmüş vətənin dərdləri, yaraları dilə gəlir, poetik ərzi-hala çevrilir. Onun yaradıcılığında sözlər bəzən qılınca, bəzən qələmə dönür, gah Şah İsmayıl, gah Səttarxan olur, gah bir əsgər kimi döyüşür, gah bir mühəndisə çevrilir, tikir, qurur, yaradır, gah da sevdalı bir aşiqə dönür, vətən məhəbbətli nalə çəkir, ahı dağlar dəlir, sərhədlər aşır, bir xalqın, bir ölkənin sinəsindən qanlı bir Araz boyda nəhrə dönərək axır. Onun sözləri, misraları həmçinin birlik, həmrəylik, mübarizə və mücadilə marşına çevrilir, sözdən Vətən, Vətəndən söz yaradılır;
- Məmməd Arazın şeir yaradıcılığı həm də bir məhəbbət, sevda etirafıdır. Onun məhəbbəti sevgi sərhədlidir: səndən o tərəfə yer görünməyir. Məmməd Araz sevgisi həm də iffətli, izzətli, irzli, namuslu, ləyaqətli, heysiyyətli bir sevgidir. Xəyanəti gözdən, baxışdan bəlli olan məhəbbət heysiyyətli sevgisi var: baxışına yad baxışlar bükülü, innən belə o gözlərə baxmaram. Məhəbbəti xəyanət tanımayan vəfalı bir sevdası var şairin: Məhəbbət itəndə ayrılıq bitir, Xəyanət bitəndə nə itir görən? Onun yaradıcılığında məhəbbət bir dildir, bir dindir və s.
Xalq şairi Məmməd Araz şeirlərindən birində:
Özündən qaçmağa nə varmış?
Qaçıram.
Özünə qayıtmaq çətinmiş, çox çətin.
…Gedirəm, gedirəm öz çevrəm boyunca,
Öz çevrəm boyunca dönərəm yenə də..., -
deyə yazırdı. Bu mənada şair Məmməd Araz öz söz yükü, məna dərinliyi və mövzu əhatəsi ilə Azərbaycan ədəbiyyatında liman salan nəhəng bir gəmidir. Zaman Xalq şairi Məmməd Arazdan nə qədər uzağa getsə də, məkan və məna Məmməd Araza doğru bir o qədər yaxınlaşır, onun söz, məna aləminə qayıdış ehtiyacı hiss edir. Bu baxımdan Məmməd Araz kimi öz sənətini, qələmini xalqın xoşbəxtliyi, müqəddəs idealları uğrunda mübarizəyə həsr edən övladların adı unudulmaz, əbədiyaşar və ölməzdir. “Bütün keçilməzliyi, Vətən, adınla keçdim” deyən Xalq şairi haqqında son sözü də elə öz sözlərilə demək olar: Haqqın var, Məmməd Araz, Haqqın var yaşamağa!
Xalq şairinin “Ya rəbbim, bu dünya sən quran deyil”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Əsgər oğul”, “Dilənçi qaçqın”, “Kəlbəcər qaçqınlarına” və başqa əsərləri dərdli-kədərli illərin təəssüfünü yaşatsa da, mübarizəyə ümid ruhu qüvvətli idi. Xalq şairi Azərbaycanın xoşbəxt günlərindən də dolu-dolu yazmışdı. “İstisu lövhələri” başda olmaqla bütün və bütöv Azərbaycan onun qələmilə xəritələnmişdi, bir-bir incələnmiş, şeir-sənət ecazkarlığı ilə qələmə tökülmüş, dillərə düzülmüşdü. Məhz bu günlərdə Xalq şairi Məmməd Arazı daha yaxından xatırlayır, ona qayıtmaq zərurəti hiss edirik. Bu gün həm Xalq şairinin anım günü, həm də birliyini, bütövlüyünü arzuladığı Azərbaycanın xoşbəxtlik dolu Zəfər günləridir, Laçının işğaldan azad edildiyi gündür! GÖZÜN AYDIN, QOCA VULKAN!
P.S. Bu günləri yaşayarkən nəsə daha çox Xalq şairinin “Araz axır” poemasını xatırlayıram. Çünki şairin bu poemasında Dimdiyi qanlı Qartal lirik mənin sevgilisi, Xalq şairinin Vətəninin, elinin bir parasını özündə ümumiləşdirən – Ayrıgülü qoparıb apardığı təsvir olunur. Lirik mən əvvəlcə bir yenilməz Qəhrəman kimi sevgilisi Ayrıgülü xilas etmək üçün düşmənlə çarpışıb vuruşur. Lirik mən Cənubi Azərbaycanda bir əsgər kimi görünür. Sonra düşməndən azad olunmuş həmin yerlərə bir qurucu, bir sənətkar olaraq yollanır. Bu sətirlər bizə bu günümüzü – işğal altında olan ərazilərimizin Müzəffər Ordumuz tərəfindən xilas edildiyi günləri andırır. Hər birimiz o döyüşlərdə iştirak etməsək də, bütün ruhumuzla o mübarizəni daşıyır, həmrəyliyimizi ifadə edirdik. Yəni hər birimiz qəlbimizlə, ruhumuzla bir əsgər idik. İndi isə işğaldan azad olnumuş o doğma torpaqlara yollanıb qurub-yaratmaq və yaşamaq, yaşatmaq zamanıdır. Şairin dediyi kimi:
Yatma, oyan. Vətəndaş!
Yubanırsan, vətəndaş!
Ramiz QASIMOV,
AMEANaxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 978
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb