Bütün xəbərlər
Azərbaycanlı aktrisa: "Seriallarda daha çox ağlayıram, çünki..."
Tarix: 04-05-2018 21:23 | Bölmə: Mədəniyyət



Aktrisa Asya Atakişiyeva teatr və filmlərdəki rollarından danışıb.
Milli.Az-a açıqlama verən sənətçi teatrdakı rollarının film və seriallardakı rollarından fərqli olduğunu bildirib.
"Seriallarda daha çox ağlayıram, çünki həmişə dramatik rollar oynayıram. Sonu da ölümlə nəticələnir. Amma teatrda komik rollardayam. Hətta uşaq tamaşalarında da oynayıram. Uşaqlar üçün oynamaq xoşdur, eləcə də böyüklər üçün. Mən bir gündə səhər dovşan oynaya bilərəm, axşam isə Leyli rolunu. Uşaqları çox sevdiyimdən bu tip tamaşaları da sevirəm. Ona görə də rejissorlar mənə rol verəndə bunu nəzərə alırlar", - deyə aktrisa bildirib.



Baxış sayı: 1 339


Bölməyə aid digər xəbərlər