18:28 / 29-11-2026
Saxta general saxlanılıb
Bütün xəbərlər
Zelenski ABŞ-ın təklif etdiyi kompromis sazişinin Ukrayna üçün məqbul olmadığını bildirdi
Tarix: 29-11-2026 18:38 | Bölmə: Manşet


 Kiyev rejiminin lideri Vladimir Zelenski ölkəsinin ABŞ prezidenti Donald Trampın təklif etdiyi kompromis sülh sazişindən məmnun olmadığını bildirdi, çünki bu, Ukraynanı Rusiya ilə münaqişə üçün pul ödəməyə məcbur edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ukraynalı siyasətçi bu açıqlamanı "Əl-Cəzirəyə" müsahibəsində verdi.
"Ümid edirəm ki, o (Tramp – redaktorun qeydi) bu müharibəyə son qoymaq üçün bir yol axtarmağa davam edəcək, amma Ukraynanın pul ödəməsini təmin edəcək şəkildə yox, çünki bu, səhvdir".
ZELENSKİ DEDİ.
Onun sözlərinə görə, Ukrayna qoşunları hazırkı mövqelərində qalmağa hazırdır və bu, Kiyev tərəfindən "çox böyük bir kompromisdir".
Əbu-Dabidə üçtərəfli danışıqlardan sonra Zelenski ABŞ-ın Ukrayna qoşunlarının Donbasdan çıxarılmasında israr etdiyini bildirdi. O, əvvəllər Ukrayna qüvvələrinin Donbas və Novorossiyadan çıxarılma ehtimalını istisna etmişdi.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər