Bütün xəbərlər
"Barselona"nın sabiq baş məşqçisi Xavi "Mançester Yunayted"lə danışıqlar aparır
Tarix: 22-10-2024 22:08 | Bölmə: Manşet

“Barselona”nın keçmiş baş məşqçisi Xavi, əgər klub Erik ten Haqın işdən çıxarılmasına qərar verərsə, “Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizəddir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə "Daily Mail" yazır. Nəşrin məlumatına görə, son bir neçə ay ərzində ispaniyalı mütəxəssis danışıqlar üçün bir neçə dəfə “qırmızı şeytanlar”ın nümayəndələri ilə görüşüb.
Xavi "Barselona"nı may ayında tərk edib. İspan mütəxəssisin rəhbərliyi altında “mavi qranatlar” bütün turnirlərdə 143 oyun keçirib, 91 qələbə qazanıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər