Bütün xəbərlər
Rusiyanın xarici işlər naziri Lavrov Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşüb
Tarix: 27-09-2024 08:05 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bildirildiyinə görə, bağlı qapılar arxasında danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Bundan əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik görüşdə Yaxın Şərqdəki böhran, Ukraynadakı vəziyyət və digər qlobal məsələlərin müzakirə olunacağını bildirmişdi.
RİA Novosti xəbər verir ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Boliviya, İordaniya, Mali, Özbəkistanın xarici işlər nazirləri, Sudanın Suveren Şurasının rəhbəri və Yəmənin hakim prezident şurasının sədri ilə görüşlər keçirib.


Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər