Bütün xəbərlər
Şoyqu: "Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun məqsədlərindən biri atom elektrik stansiyasını ələ keçirmək idi"
Tarix: 10-09-2024 09:59 | Bölmə: Manşet

Kursk bölgəsini işğal edən Ukrayna qoşunları Atom Elektrik Stansiyasını ələ keçirməyi qarşısına məqsəd qoyublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
“Yalnız terrorçular belə hərəkət edir, ona görə də onlarla danışıqlardan söhbət gedə bilməz”, o deyib.
Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk Atom Elektrik Stansiyasını ələ keçirmək cəhdi “terrorun ən yüksək səviyyəsidir”. Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Ukrayna birləşmələri regiondan sıxışdırılana qədər Kiyevlə heç bir danışıqlar aparıla bilməz.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər