Bütün xəbərlər
Peskov Qərbin Rusiyaya münasibəti haqqında: flört edirlər
Tarix: 01-09-2024 13:01 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərb ölkələri “flört edir”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kreml nümayəndəsi “Moskva Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinin Qərbin Rusiya ilə münasibətlərində “odla oynayır” sualına belə cavab verib. Jurnalist müsahibədən bir fraqmenti öz Telegram kanalında yayımlayıb.
“Onlar flört edirlər, amma prezidentimizin qətiyyətini bilə-bilə, potensialımızı, gözlədiyimizdən də böyük olduğu ortaya çıxan, iqtisadi inkişaf tempi, iqtisadiyyatımızın hərbi səfərbərliyi bunu sübut edir. Şübhə etmirəm ki, zərurət yaranarsa, o zaman bizim maraqlarımızı qorumaq üçün hər şey ediləcək”, - deyə, prezidentin mətbuat katibi bildirib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər