Bütün xəbərlər
Hizbullah İrandan asılı olmayaraq İsraili vura bilər
Tarix: 08-08-2024 08:39 | Bölmə: Manşet

Livan şiə hərəkatı yaxın günlərdə İsrail hədəflərinə hücum edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Livanın “Hizbullah” şiə hərəkatı İranın niyyətindən asılı olmayaraq yaxın günlərdə İsrailə hücum edə bilər. Bu barədə CNN kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, qruplaşma İsrailə hücum hazırlamaqda Tehrandan da irəli gedib. Bundan əlavə, yəhudi dövləti ilə ümumi sərhədin olması Livan hərəkatının vəzifəsini asanlaşdırır.
Məqalədə deyilir: “Hizbullah az və ya heç bir xəbərdarlıqla hərəkət edə bilər".
Qeyd edildiyi kimi, Vaşinqton hələ Hizbullah və İranın öz hərəkətlərini necə əlaqələndirdiyini və ümumiyyətlə bunu edib-etmədiklərini bilmir. Bəzi ABŞ rəsmiləri tərəflərin növbəti addımlar barədə razılığa gəlmədiyini düşünür.
Eyni zamanda, Politico-nun Ağ Evdəki mənbələri Tehranın Vaşinqtonun nöqteyi-nəzərini dinləyəcəyinə və kütləvi hücum planlarından əl çəkəcəyinə tam əmindir.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda vəfat edib. Hərəkat İsrail və ABŞ-ı günahlandırıb. İran qisas almaq hüququnu özündə saxladığını bildirib.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər