Bütün xəbərlər
Tramp uğursuz sui-qəsd cəhdindən sonra dəstək verənlərə təşəkkür edib
Tarix: 14-07-2024 18:09 | Bölmə: Manşet


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada seçki kampaniyası zamanı ona qarşı sui-qəsd cəhdindən sonra dəstəklərinə görə təşəkkür edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp özünün Truth Social səhifəsində yazıb: "Fikirləriniz və dualarınız üçün hər kəsə təşəkkür edirəm, çünki ağlasığmaz şeylərin qarşısını yalnız Allah aldı. Biz qorxmayacağıq, imanımızda möhkəm və şər qarşısında mətanətli qalacağıq".
O, qarşıdan gələn noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi təsdiqlənəcəyi gözlənilən Viskonsin ştatında Respublikaçıların Milli Qurultayında iştirak edəcəyini təsdiqləyib.
Bundan əlavə, Tramp birliyə, “güclü və qətiyyətli olmağa və şərin qalib gəlməsinə imkan verməməyə” çağırıb.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər