Bütün xəbərlər
Şolts qalmaqallı tədbirdə eşidilən nasist şüarlarını pisləyib
Tarix: 24-05-2024 19:50 | Bölmə: Manşet

Almaniyanın Şlezviq-Holşteyn əyalət polisi Sylt adasındakı əyləncədən sosial şəbəkələrdə yayımlanan videogörüntüləri yoxlayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun iştirakçıları nasist şüarları səsləndiriblər.
Hadisəni Almaniya kansleri Olaf Şolts pisləyib.
"Belə şüarlar iyrəncdir, qəbuledilməzdir" deyə, o, X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Feser hadisəni ölkə üçün biabırçılıq adlandırmışdı.
"Bild" xəbər verir ki, qalmaqallı hadisə ötən həftəsonu məşhur Pony pubında baş verib. İnternetdə yayılan görüntülərdə parti iştirakçılarından birinin Hitler bığına eyham vuraraq iki barmağını dodaqlarına basması və bir neçə dəfə guya nasist salamı verməsi göstərilir.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub