Bütün xəbərlər
Bəhreyn kralı Putinə ərəb ölkələri ilə əlaqələri gücləndirdiyinə görə təşəkkür edib
Tarix: 17-05-2024 21:01 | Bölmə: Manşet

Bəhreyn kralı Həməd Bin İsa Əl Xəlifə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovdan ərəb dünyası ilə əlaqələrin yaxşılaşdırılması siyasətinə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkürünü çatdırmağı xahiş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin saytında qeyd edildiyi kimi, Bəhreyn kralı Boqdanovla görüşdə Putinə Bəhreyn və ümumilikdə ərəb dünyası ilə əlaqələri yaxşılaşdırdığına görə minnətdarlığını bildirib.
Daha əvvəl Putin bildirib ki, Rusiya Federasiyası ilə ərəb ölkələri arasında əməkdaşlığın genişləndirilməsi ümumi maraqlara cavab verir. Rusiya prezidentinin ümumərəb sammitinin iştirakçılarına təbriki Kremlin saytında dərc olunub. Münasibətlərin genişlənməsi regional və qlobal səviyyədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə də töhfə verir.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub