Bütün xəbərlər
Baş Prokurorluğun əməkdaşları beynəlxalq forumda iştirak edib
Tarix: 06-03-2023 19:19 | Bölmə: Manşet

Fevralın 27-28-i tarixlərində İtaliyanın Roma şəhərində “Aktivlərin hədəflənməsi və bərpası sistemlərinin öyrənilməsi və inkişafı” üzrə 1-ci Forum keçirilib.

Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə,
Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) və İtaliyanın Maliyyə Qvardiyası ilə birgə təşkil olunmuş tədbir İtaliya Maliyyə qvardiyasının iqtisadi-maliyyə məktəbində baş tutub.
Tədbirdə Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və həmin idarənin prokuroru Ziya Hacıyev təmsil edib.
Maliyyə kəşfiyyatı və aktivlərin bərpası sahəsi üzrə nüfuzlu ekspertlərin, eləcə də, maliyyə cinayətlərinin istintaqına məsul yüzdən çox şəxsin iştirak etdiyi tədbirdə cinayət aktivlərinin izlənməsi, aşkar edilməsi, qaytarılması və idarə olunması sahəsində ən yaxşı və qabaqcıl təcrübə paylaşılıb, bu sahədə aktual məsələlər müzakirə olunub, vergidən yayınma və aktivlərin qaytarılması arasında əlaqə, genişləndirilmiş müsadirənin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb.
Bundan başqa, müxtəlif ölkələrdə çirkli pulların yuyulmasının profilaktikası və maliyyə cinayətlərinə operativ reaksiya sistemləri, cinayət yolu ilə əldə olunan gəlirlərin müəyyənləşdirilməsi və araşdırılması üçün vasitələr mövzularında təqdimatlar nümayiş etdirilib.

Sabaha-inamla.az




Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub