Bütün xəbərlər
Ceyhun Bayramov Çavuşoğlu ilə regional vəziyyəti müzakirə etdi
Tarix: 20-07-2022 19:27 | Bölmə: Manşet

                     Ceyhun Bayramov Çavuşoğlu ilə regional vəziyyəti müzakirə etdi



İyulun 20-si Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər, Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə cari regional vəziyyəti müzakirə ediblər.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər