10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
“Dövlətin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş məmnunluğunun təminatı prinsipi dayanır”
Tarix: 28-01-2022 23:32 | Bölmə: Manşet
“Bu gün Azərbaycanın iqtisadi inkişafının beynəlxalq səviyyədə təqdir olunması möhkəm təmələ əsaslanan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, iki ildən artıqdır dünyanı bürüyən koronavirus infeksiyasına qarşı ölkəmizin həm daxildə, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Reallıq budur ki, Azərbaycan bu gün də sosial dövlət kimi mövqeyini möhkəmləndirir, təkmil islahatları ilə dünyanın diqqətindədir. Azərbaycan iqtisadiyyatı dayanıqlıdır və bu inkişafın davamlılığının təmin edilməsi üçün geniş imkanlar yaranır. Aparılan məqsədyönlü islahatlar, investisiya mühitinin möhkəmlənməsi sayəsində regionlarımızda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yeni müəssisələrin təməli qoyulur və ya istifadəyə verilir. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduqları iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün hədəflər müəyyənləşdirilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bu hədəfləri və onların icra mexanizmlərini özündə ehtiva edir. Bütün bunlar Azərbaycanın hər dövrün tələblərini yüksək səviyyədə cavablandırmaqla yanaşı, siyasətində insan amilinə böyük dəyər verdiyini təsdiqləyir. Əhalinin sosial müdafəsinin gücləndirilməsi, müasir tələblərə uyğun yaşayışının, həmçinin təhlükəsizliyinin təmin edilməsi daim əsas məsələ kimi öndədir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə, şəhərlərin Baş planına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, işğaldan azad edilmiş torpaqlarımızda soydaşlarımızın rahat yaşayışı üçün bütün imkanlar yaradılmalıdır”.
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, atılan hər addım vətəndaş məmnunluğunun artırılmasına stimul verir: “Dövlət başçısı İlham Əliyevin fərman və sərəncamlarını özündə ehtiva edən sosial paketlər bu reallığı təsdiqləyir ki, həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili prioritetdir. 2022-ci il yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyondan artıq insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Bütün bunlar ölkəmizdə gedən iqtisadi proseslərin və islahatların məntiqi nəticəsidir. Makroiqtisadi uğurlar həm də ondan xəbər verir ki, Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri artıq geridə qoyub”.
Son illərin ən diqqətçəkən və insan amilinə qayğının ifadəsi olan Ailə Biznesinə Asan Dəstək (ABAD), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) layihələrinin icrasından geniş bəhs edən Milli Məclisin deputatı vurğulayıb ki, həyata keçirilən sosial islahatlar proqramının əsas hədəfi də məhz sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik mexanizmlər üzərində qurulması, sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsipinin qorunmasıdır: “Bu gün artıq beş DOST mərkəzi fəaliyyət göstərir. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir. Bütün Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Qarabağın tacı Şuşamızda da DOST mərkəzinin yaradılması planlaşdırılıb. Bu mərkəzlərin yaradılması məşğulluğun artırılmasında, ölkəmizin dayanıqlı inkişafının əsası olan şəffaflığın təminatında, korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır”.
M.Həsənov hazırkı dövrün hədəfləri sırasında ərzaq təhlükəsizliyinin təminatı məsələsinə də diqqət yönəldərək bildirib ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində mühüm addımlar atılır: “İşğaldan azad olunmuş ərazilərimizdə də həmin sahələrin inkişafına geniş imkanlar var. Bu günlərdə Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində də ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı hədəfləri açıqlandı. Bu çağırışlar səsləndirildi ki, kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmalıdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır”.
Deputat bu ümumiləşdirməni aparıb ki, dövlətin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş məmnunluğunun təminatı prinsipi dayanır. “Dövlət başçısı İlham Əliyev ilk gündən bildirib ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır”.
Baxış sayı: 333
Bölməyə aid digər xəbərlər

15-10-2026, 20:25
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
15-10-2026, 19:51
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
14-10-2026, 21:06
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
13-10-2026, 20:56
Ryabkov: "Putin və Tramp arasında telefon danışığının nəticələri çoxlarını heyrətləndirdi"
12-10-2026, 22:22
Kallas: "AB Qırmızı dəniz əməliyyatı üçün gəmilər yığa bilmir"
12-10-2026, 22:18
Merz AB-nin Rusiya dizelinə qarşı sanksiyaların qaldırılmasını rədd etdi
12-10-2026, 21:37
Strategic Culture: Zelenskinin Trampa verdiyi cavab onun vəziyyətini daha da pisləşdirdi
11-10-2026, 18:12
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
8-10-2026, 22:43
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
7-10-2026, 21:04
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
6-10-2026, 20:18
Rəşid dünya üçüncüsü oldu
6-10-2026, 19:15
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
5-10-2026, 18:22
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
5-10-2026, 15:06
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
1-10-2026, 23:54
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
1-10-2026, 19:25
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
1-10-2026, 19:09
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
1-10-2026, 18:25
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
30-09-2026, 20:35
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
29-09-2026, 17:46
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
28-09-2026, 21:41
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
28-09-2026, 20:59
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
28-09-2026, 17:55
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
27-09-2026, 21:19
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
23-09-2026, 21:19
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
23-09-2026, 21:05
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
23-09-2026, 19:28
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
22-09-2026, 17:49
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
22-09-2026, 17:19
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
22-09-2026, 17:16
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
21-09-2026, 19:17
Belarusun Qərb üçün gübrəsi qalmayıb
21-09-2026, 19:14
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
20-09-2026, 18:54
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
20-09-2026, 17:32
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
18-09-2026, 00:17
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
16-09-2026, 21:06
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
16-09-2026, 21:03
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib