Bütün xəbərlər
“Qarşılıqlı olaraq yollardan istifadə etməliyik” - Paşinyan
Tarix: 06-11-2021 02:27 | Bölmə: Manşet

                    “Qarşılıqlı olaraq yollardan istifadə etməliyik”


“Ermənistan regional nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılmasında maraqlıdır".
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşündə deyib. 
“Mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, biz konkret qərarlar qəbul etməyə hazırıq və onların mahiyyəti bundan ibarət olmalıdır: Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan da Ermənistan ərazisindən avtomobil və dəmir yolu əlaqələrindən istifadə etməlidir. Bu, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yollara da aiddir”, - deyə Paşinyan qeyd edib.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər