14:28 / 05-03-2025
Adəm Məmmədov həbs edildi
Bütün xəbərlər
Adəm Məmmədov həbs edildi
Tarix: 05-03-2025 14:28 | Bölmə: Karusel

                adem-memmedov-hebs-edildi



Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə onun barəsində hökm çıxarıb.
Hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.
Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkilləri Asim Abbasov və Cavidan Osmanlı faktı saytımıza təsdiq ediblər.
A. Abbasov bildirib ki, A. Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi C. Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdı. Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir.
Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər
3-03-2025, 22:41 Metroda tüstü