22:41 / 03-03-2025
Metroda tüstü
Bütün xəbərlər
Oğruyanlar 18 yaşlı gəncdən 700 min rubl alıblar
Tarix: 04-03-2025 22:23 | Bölmə: Karusel


Nijni Novqorodda dörd gənc 18 yaşlı oğlanı qaçıraraq Kstovski rayonuna aparıb, orada döyüb və 700 min rubl pul alıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "NewsNN" nəşrinin güc strukturlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, Kstovo sakini martın 2-nə keçən gecə polisə müraciət edib. O, bildirib ki, Zelenaya küçəsindəki mənzildə bir nəfər qanunsuz saxlanılır. Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə 18 yaşlı iki oğlan uşağı aşkar ediblər. Onlardan biri qurban, digəri isə cinayəti törədən şəxs olub.
Qaçırılan şəxsin sözlərinə görə, fevralın 26-da günorta saatlarında Nijni Novqorodun Kominterna küçəsində dörd naməlum şəxs onu zorla maşına mindirib, qollarını qapıya qədər qandallayıb və Jdanovski kəndinə aparıblar. Orada onu qarajlara gətirib 700 min rubl tələb edərək döyüblər. Daha sonra gənci Kstovodakı kirayə mənzilə aparıb və bir neçə gün orada saxlayıblar.
Faktla bağlı cinayət işi açılıb. Polis hadisəni törədən iki nəfəri müəyyənləşdirib.Onların 17 və 20 yaşlı Nijni Novqorod sakinləri olduğu ortaya çıxıb.Onların axtarışı davam etdirilir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
3-03-2025, 22:41 Metroda tüstü
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı