22:41 / 03-03-2025
Metroda tüstü
Bütün xəbərlər
Kreml Lukaşenkonun Rusiyaya səfərinə hazırlığı açıqlayıb
Tarix: 04-03-2025 14:11 | Bölmə: Karusel

Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya səfəri hazırlanır, hələlik dəqiq tarix yoxdur, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Peskov dediyinə görə, prezidentlər bu yaxınlarda telefon danışığı zamanı “belə bir səfərin yaxın gələcəkdə baş tutacağına” razılaşıblar.
"Belarus prezidentinin Rusiyaya səfəri hazırlanır", - Kremlin sözçüsü bildirib.
O əlavə edib ki, Lukaşenkonun Rusiyaya səfərinin tarixi daha sonra açıqlanacaq.
"Biz bunu belaruslu həmkarlarımızla birlikdə edəcəyik", - Peskov bildirib.
Moskvanın Minskin Ukrayna münaqişəsinin həllində iştirakında maraqlı olması ilə bağlı sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Aleksandr Lukaşenkonun hər görüşündə Ukrayna mövzusu müzakirə olunur.
"Bu məsələ daim gündəmdədir.Tənzimləmə baxımından istənilən səylər müsbət qarşılanır", - Peskov vurğulayıb.
Bundan əvvəl Lukaşenko amerikalı bloqer Mario Naufala müsahibəsində Ukrayna münaqişəsinin həllinə “böyük məmnuniyyətlə” kömək edəcəyini bildirmişdi.
“Putin və Lukaşenko daim təmasdadırlar”, - deyə, Peskov bildirib.Liderlər arasında sonuncu məlum söhbət yanvarın sonunda, Putin belaruslu həmkarını seçkilərdəki qələbəsi münasibətilə təbrik edərkən baş tutub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
Dünən, 22:41 Metroda tüstü
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı