Bütün xəbərlər
Qəzaya uğrayan təyyarənin görüntülərini sızdırdıqlarına görə həbs ediliblər
Tarix: 04-02-2025 11:42 | Bölmə: Karusel

Polis yanvarın 29-da Ronald Reyqan Vaşinqton Milli Hava Limanında sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı videogörüntüləri sızdırdığı üçün Vaşinqton Hava Limanının Administrasiyasının iki əməkdaşını həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "ABC News" kanalı məlumat yayıb.
Söhbət CNN-də görünən müşahidə kameralarının videoyazısından gedir. Görüntülərdə mülki təyyarənin hərbi “Black Hawk” helikopteri ilə toqquşması anı əks olunub.
"ABC News"in məlumatına görə, həbs olunanlara qarşı artıq ittiham irəli sürülüb. Onlar hava limanının rəhbərliyindən videomaterialların icazəsiz surətdə çıxarılmasında ittiham olunurlar.
American Airlines sərnişin təyyarəsi yanvarın 29-da Ronald Reyqan Milli Hava Limanı üzərində ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşduqdan sonra qəzaya uğrayıb. Daha sonra hər iki təyyarə Potomak çayına düşüb. ABŞ Nəqliyyat Departamentinin keçmiş baş müfəttişi Meri Şiavo, helikopterin pilotunun toqquşduğu təyyarəni parlaq işıq yaradan başqa bir təyyarə ilə qarışdırdığını irəli sürdü.
Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə üç ekipaj üzvü uçurdu. 67 nəfərin hamısı öldü. Bu günə qədər ekspertlər 55 qurbanın şəxsiyyətini müəyyənləşdirə biliblər.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər