Bütün xəbərlər
"Daily Mail": Tramp ABŞ-ın maraqlarına zidd olarsa, digər ölkələrə yardımı qadağan edəcək
Tarix: 20-01-2025 19:14 | Bölmə: Karusel

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın maraqlarına xidmət etmədiyi təqdirdə digər ölkələrə hər hansı yeni yardımı qadağan edən sərəncam imzalamağı planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Daily Mail” Ağ Evin iki yüksək rütbəli məmuruna istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Tramp rəsmi olaraq vəzifəyə gəldikdən sonra elə ilk gündə digər ölkələrə yardım siyasətini sərtləşdirən sərəncam imzalamağı planlaşdırır.
“Daily Mail” xəbər verir ki, Ağ Evin iki yeni yüksək rütbəli rəsmisi “Donald Tramp bazar ertəsi günü ABŞ-ın strateji məqsədlərinə cavab vermədiyi təqdirdə hər hansı yeni xarici yardımı dayandırmaq barədə sərəncam imzalayacaq” deyib.
Bildirilir ki, fərman Amerika vergi ödəyicilərinin pullarının ABŞ-a qarşı işləyən və ya “müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını təşviq edən” şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi daşıyır.
Ağ Ev qeyd edib ki, Amerika vətəndaşları "dünyanın ən səxavətli insanları arasında olublar", lakin indi "xarici siyasət daxili siyasətdir" və əgər bu, Vaşinqtonun maraqlarına xidmət etmirsə, bundan artıq ixtilaf etməyə ehtiyac yoxdur.
"Associated Press" daha əvvəl bildirmişdi ki, Tramp vəzifədə olduğu ilk gündə 100 sərəncamının çoxunu həyata keçirməyi planlaşdırır. Buraya miqrasiya siyasətinin sərtləşdirilməsi və sərhədlərin möhkəmləndirilməsi daxildir. "Fox News"-in məlumatına görə, Tramp 200-dən çox sərəncam imzalamağa hazırlaşır.
Trampın andiçmə mərasimi yanvarın 20-də Vaşinqtonda baş tutacaq. O, dörd illik fasilədən sonra Ağ Evə qayıdacaq və ABŞ-ın 47-ci prezidenti olacaq.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər