13:50 / 06-01-2025
Yeni il ağacı yandırılıb
Bütün xəbərlər
“Qrinç”i “Jiquli” markalı avtomobilin damında daşıyan sürücü cərimələnib
Tarix: 06-01-2025 12:52 | Bölmə: Karusel

Kazanda asayiş keşikçiləri nağıl qəhrəmanı Qrinç kimi geyinmiş şəxsi avtomobilin damında daşıyan sürücünü 5 min rubldan çox cərimələyib, Tatarıstan paytaxtının Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, video sosial şəbəkələrdə yayımlanıb.
Hadisə Mərkəzi Stadionun yaxınlığındakı dayanacaqda baş verib. Hüquq-mühafizə orqanları internet resurslarına nəzarət edərkən müvafiq videonu aşkar ediblər. Nəticədə gün ərzində “VAZ-21013” markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Cinayəti törədən şəxsin 1999-cu il təvəllüdlü yerli sakin olduğu məlum olub. 2023-cü ildə üç dəfə, 2024-cü ildə bir dəfə inzibati məsuliyyətə cəlb edilib.
Sürücüyə qarşı 4 inzibati protokol tərtib edilib, ümumi cərimə 5250 rubl təşkil edib. Gəncin günahını tam etiraf etdiyi qeyd olunur.
"Qrinç"in axtarışları davam edir.
Qrinç amerikalı uşaq yazıçısı və karikaturaçı rəssamı Dr. Seussun yaratdığı personaj, onun uşaq üçün yazdığı "How the Grinch Stole Christmas" (1957) kitabının baş qəhrəmanı, həmçinin bir neçə film adaptasiyası, iki ayrı cizgi filmi və oyundur. Yaşıl xəzlə örtülmüş antropomorf məxluqdur. O, Milad mövsümünə və bayramqabağı təlaşa xor baxır.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər