Bütün xəbərlər
İslah koloniyasının binalarından birinin dam örtüyü yanıb
Tarix: 03-10-2024 19:37 | Bölmə: Karusel

Yekaterinburqda 10 saylı cəzaçəkmə koloniyasının ərazisindəki binalardan birinin dam örtüyü yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının sahəsi 400 kvadratmetr təşkil edib, RİA Novosti xəbər verir.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Ölən və yaralananlar olmayıb.
Bundan əvvəl xəbər verilmişdi ki, güclü yanğın Xabarovsk Musiqili Teatrının binasını demək olar ki, tamamilə məhv edib. Fövqəladə hadisəyə ilkin səbəb kimi damda təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması göstərilir.
Xabarovsk diyarının rəhbərliyi teatrın bərpası üçün 10 milyard rubldan çox vəsait lazım olacağını bildirib.


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər