Bütün xəbərlər
Panama Venesuela ilə diplomatik əlaqələri dayandırıb
Tarix: 30-07-2024 00:30 | Bölmə: Karusel

Panama prezidenti Xose Rual Mulino mətbuat konfransı zamanı bildirib ki, Panama hökuməti diplomatik personalını geri çağırır və Venesuela ilə diplomatik əlaqələri dayandırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Panama hökuməti Venesueladan diplomatik heyətin çıxarılmasını və xalqın həqiqi iradəsini öyrənməyə imkan verəcək protokolların və kompüter səslərinin hesablanması sisteminin tam təhlili aparılana qədər diplomatik münasibətlərin dayandırıldığını elan edir".RİA Novosti Mulino-ya istinadən xəbər verir.
Venesuela Milli Seçki Şurası bazar günü keçirilən seçkilərin nəticələrinə əsasən, Nikolas Maduronu 2025-2031-ci illər üçün ölkənin seçilmiş prezidenti elan edib. Protokolların 80%-i işləndikdən sonra Maduronun nəticəsi səslərin 51,2%-ni toplayıb. Bu, onun ardıcıl üçüncü müddətdir. O, 2013-cü ildən Bolivar Respublikasına rəhbərlik edir. Venesuelanın icra hakimiyyəti başçısının andiçmə mərasimi 2025-ci ilin yanvarında baş tutacaq.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər