Bütün xəbərlər
Qadın güləşçimiz Avropa çempionu oldu
Tarix: 05-07-2024 06:07 | Bölmə: Karusel

                           qadin-gulescimiz-avropa-cempionu-oldu


Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 59 kiloqram çəkidə yarışan R. Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub.


Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər