Bütün xəbərlər
Rusiya Boks Federasiyası Cavid Rzayevi ömürlük yarışlardan kənarlaşdırıb
Tarix: 04-07-2024 18:45 | Bölmə: Karusel

Təhqir xarakterli açıqlamalar verən azərbaycanlı boksçu Cavid Rzayev Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən tədbirlərdə iştirakdan kənarlaşdırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mayın 22-də Moskvada keçirilən turnirdə qarışıq döyüş növləri (MMA) üzrə 22 yaşlı döyüşçüsü Rzayev boksçu Artur Kulinski ilə əlbəyaxa olub, dava salmaq istəyib və ona “rus donuzu” deyib. Daha sonra rus xalqını incitmək istəmədiyini bildirərək üzr istəyib. Rusiya Boks Federasiyası Rzayevi diskvalifikasiya edib və onun əleyhinə Baş Prokurorluğa ərizə yazıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Rzayevə qarşı yoxlama aparırlar, Rusiya Boks Federasiyası öz Telegram kanalında onun “ekstremist fəaliyyətdə” iştirak edib-etmədiyini də yoxlayır.
Federasiya bildirir ki, MMA döyüşçüsü Rusiya Boks Federasiyasının himayəsi altında həm idman, həm də digər tədbirlərdə ömürlük "iştirak etməkdən" kənarlaşdırılıb.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər