Bütün xəbərlər
Estoniya Rusiya ilə sərhədi bağlamağı planlaşdırmır
Tarix: 25-05-2024 12:24 | Bölmə: Karusel

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Estoniya prezidenti Alar Karis əmin edib ki, Tallin Rusiya ilə sərhədi bağlamaq niyyətində deyil, çünki buna xüsusi ehtiyac yoxdur.
"Sərhəd qismən açıqdır, çünki insanların digər tərəfdə qohumları var, lazım gələrsə, biz sərhədi çox tez bağlamağa hazırıq" deyib.
Karis xatırladıb ki, Estoniyada deportasiya qanunu var, ona görə də Rusiyadan immiqrasiyanın qarşısını hətta açıq sərhədlə də almaq olar.
Estoniya lideri həmçinin bildirib ki, tərəflər arasında çətin münasibətlərə baxmayaraq, Rusiya ilə dialoq davam edir.
Bundan əvvəl Estoniya Daxili İşlər Nazirliyinin Polis və Sərhəd Mühafizəsi Departamenti Rusiya sərhədçilərini Narva çayında gəmiçilik marşrutları üçün işarə kimi xidmət edən şamandıraları götürməkdə ittiham edib. Baltikyanı ölkənin xarici siyasət idarəsi bu məsələni müzakirə etmək üçün Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər