Bütün xəbərlər
Rusiyanın PUA-sı Stavropolda quşla toqquşaraq qəzaya uğrayıb
Tarix: 11-04-2024 20:49 | Bölmə: Karusel

Rusiyaya məxsus pilotsuz təyyarə Stavropol diyarının Şpakovski rayonunda yerə düşüb, qubernator Vladimir Vladimirov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 11-də günorta saatlarında Priozernı kəndində baş verib. Rayon rəhbərinin sözlərinə görə, xəsarət və dağıntıların qarşısı alınıb. Yayılan fotodan görünür ki, təyyarə tipli PUA fərdi evin ətrafındakı hasarın yanında yerə düşüb.
İlkin versiyaya görə, pilotsuz təyyarənin quşla toqquşması qəzaya səbəb olub.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb