Bütün xəbərlər
Beynəlxalq Russofillər Hərəkatının vitse-prezidenti Sorlin Rusiya vətəndaşlığını qəbul edib
Tarix: 01-03-2024 21:21 | Bölmə: Karusel

Beynəlxalq Russofillər Cəmiyyətinin vitse-prezidenti Fabris Sorlin və ailəsi Rusiya vətəndaşlığını qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.
“Aşağıdakı şəxslərə... Rusiya Federasiyasının vətəndaşlığı verilsin: Sorlin Fabris, Emmanuel, Gilbert, 22 oktyabr 1979-cu ildə Fransada anadan olmuş, uşaqları ilə”, – sənəddə deyilir.
Fransız ictimai xadimi olan Sorlin bir neçə il əvvəl həyat yoldaşı İzabel və altı uşağı ilə Rusiyaya köçüb. O, vətəndaşlıq üçün müraciət edib və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu işdə ona kömək edəcəyinə söz verib. Ölkəmizdə Sorlinin daha üç övladı var idi.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər