Bütün xəbərlər
Ermənistan yenidən KTMT-nin iclasında iştirak etməyib
Tarix: 21-11-2023 22:43 | Bölmə: Karusel

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 22-23 noyabrda Minskdə keçiriləcək KTMT çərçivəsində görüşlərə getməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Mirzoyan belaruslu həmkarı Sergey Aleynikə telefon danışığı zamanı Ermənistan-Belarus gündəmi ətrafında fikir mübadiləsi aparılarkən məlumat verib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan bir sıra səbəblərə görə KTMT tədbirlərində iştirak etmir, lakin təşkilatdan çıxmaq üçün zəmin hazırlamır.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər