Bütün xəbərlər
Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu atəşə tutuldu
Tarix: 02-10-2023 23:26 | Bölmə: Karusel

                       xankendide-rusiya-azerbaycan-birge-patrulu-atese-tutuldu


Naməlum şəxs Qarabağda Rusiya-Azərbaycan birgə patrulunu atəşə tutub. 
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, hadisə Xankəndidə baş verib. Naməlum şəxsin snayperdən istifadə etdiyi, hadisə zamanı xəsarət alanın olmadığı bildirilib.
“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfinin və Qarabağın nümayəndələri ilə birlikdə bu faktla bağlı araşdırma aparır”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər
3-12-2023, 18:39 Lukaşenko Pekinə gəlib
23-11-2023, 14:42 Putin Minskə gəlib