Bütün xəbərlər
Nobel mükafatı laureatı Harald zur Hauzen vəfat edib
Tarix: 29-05-2023 23:58 | Bölmə: Karusel


Almaniyada məşhur alim, 2008-ci il üçün fiziologiya üzrə Nobel mükafatı laureatı Harald zur Hausen vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, mayın 28-də 88 yaşında vəfat edib.
Zur Hausen iki onillik ərzində Heidelbergdə yerləşən Alman Xərçəng Araşdırmaları Mərkəzinə (DKFZ) rəhbərlik edib. O, bu vəzifəyə 1983-cü ildə təyin olunub. Lakin alim rəhbərlik vəzifəsini tərk etdikdən sonra da mərkəzdə fəaliyyətini davam etdirib. O, döş və kolon xərçənginin inkişafı ilə əlaqəli ola biləcək patogenlər üzərində tədqiqatlarla məşğul idi.
DKFZ-nin hazırkı sədri Michael Baumann, "Onun ölümü ilə onkohematologiya sahəsində sıçrayış edən görkəmli alimi itiririk" deyib.
Fiziologiya üzrə Nobel mükafatı 2008-ci ildə Xərçəngin inkişafında viral infeksiyaların öyrənilməsinə görə Zur Hauzenə verilib. Həyatı boyu alim təsirli sayda digər akademik mükafatlar alıb.
2017-ci ildə Heydelberq şəhəri Harald zur Hauzeni fəxri vətəndaş adı ilə təltif edib, TASS qeyd edib.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər