Bütün xəbərlər
Aliyə Təhmasib vəfat etdi
Tarix: 31-07-2022 22:31 | Bölmə: Karusel

                Aliyə Təhmasib vəfat etdi



Tanınmış pedaqoq, Bakıda 132 saylı məktəbin sabiq direktoru Aliyə Təhmasib vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.
Məlumata görə, o, 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Aliyə Təhmasib 1985-1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub. Bundan başqa o, vaxtilə Qadınlar Şurasının sədr müavini kimi fəaliyyət göstərib. 2010-cu ildə direktoru olduğu məktəbdən fəxri təqaüdə yola salınıb. 


Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər