Bütün xəbərlər
Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq
Tarix: 16-06-2021 01:09 | Bölmə: Karusel

                    Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq


"Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə fəaliyyətimizin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini də təmin edəcəyik".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib.
Türkiyə Prezidenti deyib: “Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur koridoru layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq koridor açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir”.


Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər