Bütün xəbərlər
Çay evində qəlyandan istifadə edənlər cərimələndi
Tarix: 02-04-2021 23:00 | Bölmə: Karusel

                   Çay evində qəlyandan istifadə edənlər cərimələndi


Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “No name” çay evində qəlyandan istifadə edilməsi barədə polis orqanlarına məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Obyektin icarədarı Səbuhi Nağıyev və daha beş müştəri polislər tərəfindən saxlanılıb.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və hər biri  cərimə olunublar.


Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər