Bütün xəbərlər
Dörd saatdan çox davam edən mətbuat konfransı başa çatdı
Tarix: 26-02-2021 18:09 | Bölmə: Karusel

                     Dörd saatdan çox davam edən mətbuat konfransı başa çatdı


Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransı təxminən 4 saat 20 dəqiqə davam edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, tədbirin sonunda konfransın moderatoru, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, dövlət başçısı mətbuat konfransında 35-dən artıq dünya mediasının 50-yə yaxın sualını cavablandırıb.
Prezident İlham Əliyev də mətbuat konfransı iştirakçılarına təşəkkür edib: “Siz mənim sözlərimə diqqətlə qulaq asdınız. Həm mənim üçün, həm də sizin üçün bu mətbuat konfransı faydalı oldu. Mən sizin vasitənizlə ölkələrinizdə yaşayan insanların diqqətinə Azərbaycan həqiqətlərinin bir hissəsini çatdıra bildim. Əminəm ki, belə səfərlər tez-tez həyata keçiriləcək. Siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddətdən sonra o yerləri bərpa edilmiş vəziyyətdə görəcəksiniz. Bir daha sizə təşəkkür edirəm və uğurlar arzu edirəm”.

                     



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər