Bütün xəbərlər
Nazirlik 319 əməkdaşını cəzalandırıb
Tarix: 01-08-2020 13:51 | Bölmə: Karusel

                   Nazirlik 319 əməkdaşını cəzalandırıb


Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
"Qafqazinfo"ya daxil olan məlumata görə, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.
Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.


Baxış sayı: 470


Bölməyə aid digər xəbərlər