Bütün xəbərlər
Azərbaycanda ayaqqabı istehsalı kəskin artıb
Tarix: 24-03-2020 20:46 | Bölmə: Karusel



Azərbaycan bu ilin yanvar-fevral aylarında ayaqqabı istehsalını kəskin artırıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkədə 95,1 min cüt ayaqqabı istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,4 dəfə çoxdur. Martın 1-nə anbarlarda hazır 6,1 min hazır məhsul ehtiyatı qalıb ki, bu da illik müqayisədə 3,1 dəfə azdır.


Baxış sayı: 341


Bölməyə aid digər xəbərlər