Bütün xəbərlər
17 yaşlı oğlan yeniyetmə tərəfindən öldürüldü
Tarix: 18-03-2020 10:51 | Bölmə: Karusel

                17 yaşlı oğlan yeniyetmə tərəfindən öldürüldü


Xızıda törədilmiş qətlin üstü açılıb.
“Qafqazinfo” xəbər verir ki, cari ilin mart ayının 15-də 2003-cü il təvəllüdlü Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub.
Yeniyetmə polis tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Xızı rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.


Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər