Bütün xəbərlər
Sumqayıtda Müəllimlər Günü qeyd olundu-VİDEO+FOTOLAR
Tarix: 05-10-2024 12:06 | Bölmə: Gündəm

Sumqayıt şəhərində AYB Sumqayıt bölməsi tərəfindən Nizami Gəncəvi adına Kitabxana Klubda Müəllimlər Gümü münasibətilə tədbir keçirilib.
Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxışına Heydər Əliyevin müəllim haqqında dediyi məşhur sözlərlə başlayıb.
                          
                          
                          

Sonra o deyib: "Bizim hər birimizin yetişməyində müəllimin böyük rolu var.Qərara aldıq ki, Müəllim Günü-ndə müəllimlərlə bərabər bəzi kitabxanaçıları da təbrik edək. Bu ənənəni biz qoyaq.Ədəbiyyatımızın təbliği ilə məşğul olan insanlara biz dəyər verək.Bizim qayğımıza qalan, oxucularımızı düz istiqamətləndirən kitabxanaçılarımızı və müəllimlərimizi təbrik edək".
                          
                          
Digər çıxış edən tədbir iştirakçıları müəllimləri təbrik edib onlara uğurlar arzulayıblar.
Sonda AYB Sumqayıt bölməsi tərəfindən bir neçə müəllim və kitabxanaçıya Fəxri Fərman təqdim olunub.
Qeyd edək ki, tədbirdə AYB Sumqayıt bölməsi Məsləhət Şurasının sədri Əşrəf Şəfiyev, üzvüləri Süleyman Hüseynov və Rəfiqə Şəms də iştirak ediblər.
NamiqMƏMMƏDLİ
Sabaha-inamla.az

               
               
               







Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər
30-07-2024, 00:53 Hidayət çempion!