12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Baş prokuror : "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritetdir"
Tarix: 05-06-2024 08:53 | Bölmə: Gündəm

Bu sözləri Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Bildirilib ki, tarixi bağlarımız, ortaq dinimiz və dilimizlə qardaşlıq münasibəti olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir.
Qeyd edilib ki, 1 noyabr 2021-ci il tarixində Bakıda Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biri idi. Bu şura üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcək və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəkdir.
“Sahəvi dövlət qurumlarını birləşdirən şuralar türk dövlətləri arasında effektiv əməkdaşlığın inkişaf etdirilməsi üçün təqdirəlayiq platformadır. Bu şuralar vasitəsilə türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq daha da irəli gedəcəkdir” – deyə, Baş prokuror əlavə edib.













Baxış sayı: 754


Bölməyə aid digər xəbərlər