21:37 / 13-10-2026
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
21:34 / 13-10-2026
Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi
21:24 / 13-10-2026
Avtomobil üç uşağı vurub; sürücü sərxoş olub
21:18 / 13-10-2026
Tramp: "ABŞ münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna ilə işləyir"
20:56 / 13-10-2026
Ryabkov: "Putin və Tramp arasında telefon danışığının nəticələri çoxlarını heyrətləndirdi"
20:49 / 13-10-2026
Telefonları doldurduğu deyilən daş aşkar edilib
20:43 / 13-10-2026
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
20:40 / 13-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevin neft tankerlərinə hücumlarının məqsədini açıqlayıb
20:37 / 13-10-2026
Vilayətin üzərindən quyruğu olan bir od topu uçdu
20:34 / 13-10-2026
FSB yapon jurnalist-casusun necə saxlanıldığını göstərdi
20:28 / 13-10-2026
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
09:30 / 13-10-2026
Filmin sonu ayrıca bir film idi... - Video
09:26 / 13-10-2026
Panama zəlzələsində 6000-dən çox insan xəsarət alıb
09:24 / 13-10-2026
Tramp Çin və Rusiyanın İranı dəstəkləmədiyinə əmindir
09:22 / 13-10-2026
NATO qoşunlarını sürətlə ucuz hücum silahları ilə təchiz edir
09:18 / 13-10-2026
Almaniya, İtaliya və Belçika AK qərarlarının dayandırılması üçün mexanizmin yaradılmasını tələb ediblər
09:12 / 13-10-2026
Rusiyaya qarşı sanksiyalar Serbiyanın AB-yə qoşulması üçün şərtə çevrildi
09:07 / 13-10-2026
KXDR liderinə gözlənilməz hədiyyə təqdim etdi
22:51 / 12-10-2026
Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyadda potensial təhlükə barədə xəbərdarlıq edib
22:47 / 12-10-2026
Hörmüz boğazında tankerə mərmi dəydi
22:41 / 12-10-2026
Britaniya Baş naziri İranın RAF Fairforddakı hadisədə iştirak etdiyini iddia etdi
22:36 / 12-10-2026
Çin Asiya-Sakit Okean bölgəsində dəniz maraqlarını və gəmiçiliyi qorumaq üçün Rusiya ilə işləməyə hazırdır
22:31 / 12-10-2026
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi
22:28 / 12-10-2026
Ukraynalılar son dörd ildə İspaniyada təxminən 2 milyard avro dəyərində daşınmaz əmlak alıblar
22:22 / 12-10-2026
Kallas: "AB Qırmızı dəniz əməliyyatı üçün gəmilər yığa bilmir"
22:18 / 12-10-2026
Merz AB-nin Rusiya dizelinə qarşı sanksiyaların qaldırılmasını rədd etdi
22:15 / 12-10-2026
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
22:10 / 12-10-2026
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
22:06 / 12-10-2026
"Mən tarixin ən böyük oyunçusuyam, nöqtə": Ronaldo futbol karyerası haqqında
22:03 / 12-10-2026
Aİ 22-ci sanksiya paketinə Rusiyanın iki hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərlərini əlavə edib
22:00 / 12-10-2026
Turist avtobusu aşıb, beş nəfər yaralanıb
21:57 / 12-10-2026
Dalğalar ən məşhur çimərliklərindən birini aşındırır
21:53 / 12-10-2026
İnsanlara yaxınlaşan 216 ayı öldürülüb
21:50 / 12-10-2026
Livanla sərhəddə baş verən partlayışda bir israilli məktəbli həlak olub, 18 nəfər yaralanıb
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib-Video+FOTOLAR
Tarix: 16-03-2023 19:40 | Bölmə: Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.
Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayan Rəcəb Tayyib Ərdoğan bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd etdi. Dövlət başçısı bu Fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirdi.
Xəzər hövzəsində Türk dünyası ölkələri ilə neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələrin birlikdə uğurla həyata keçirildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan dedi: “Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar”.
x x x
Türk Dövlətləri Təşkilatına sədrlik edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyədə baş vermiş zəlzələnin bütün Türk dünyasını dərindən sarsıtdığını vurğuladı. Şavkat Mirziyoyev Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə görülən ehtiyat tədbirləri, zəlzələdən zərər çəkənlər üçün yüz minlərlə yeni evin tikilməsi, infrastrukturun qurulması ilə bağlı proqram və layihələrin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, zəlzələdən dərhal sonra görülən tədbirlər nəticəsində bir çox insanın həyatı xilas edilib.
Özbəkistan Prezidenti zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq üçün hər il fevralın 6-sının Türk Dövlətləri Təşkilatı çərçivəsində “Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü” elan olunmasını təklif etdi.
Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində dağıdıcı hadisələrin sayının və miqyasının artdığını vurğulayan Prezident Şavkat Mirziyoyev belə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında TDT-nin sistemli əməkdaşlıq platformasının, mülki müdafiə sisteminin yaradılmasının, qabaqcıl dünya təcrübəsinin tətbiqinin, ictimai məlumatlılığın artırılmasının, sıx əməkdaşlıq və dəstək mexanizmlərinin formalaşdırılmasının vacibliyini bildirdi. Dövlət başçısı Təşkilat çərçivəsində Təbii Fəlakətlərin Monitorinqi və Təhlili Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürdü.
x x x
Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin törətdiyi fəsadlar, qardaş ölkəyə edilən humanitar yardımlar barədə videoçarx nümayiş olundu.
Təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
x x x
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun TDT-nin növbəti toplantısında iştirakında ölkəsinin bu Təşkilata üzv dövlət kimi qəbul ediləcəyinə ümidvar olduğunu bildirdi. Ankara Zirvə görüşünün mövzusunun tarixi əhəmiyyətə malik olduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov Türk dövlətlərinin bir-birinə hərtərəfli dost və qardaş dəstəyi verməsinin, belə ağır günlərdə bir olmasının vacibliyini vurğuladı.
x x x
Dövlətimizin başçısı Fövqəladə Zirvə görüşündə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.
Hörmətli dövlət və hökumət başçıları, əziz dostlar.
Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Əziz qardaşım, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.
Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi.
Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.
Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.
2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.
Əziz dostlar, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib.
Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.
Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.
2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.
Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.
2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq.
Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir.
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq.
Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib.
Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm.
Eyni zamanda bildirmək istəyirəm ki, bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır.
Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.
Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.
Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.
Diqqətə görə təşəkkür edirəm.
X X X
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında zəlzələ ilə əlaqədar türk xalqının yaşadığı ağrı-acının bütün Türk dövlətləri tərəfindən paylaşıldığını bildirdi, ölkəsinin qardaş Türkiyəyə hər zaman yardım göstərməyə hazır olduğunu qeyd etdi.
Türk dövlətlərinin bu vacib zamanda mükəmməl birlik və həmrəylik nümayiş etdirdiyini vurğulayan Qazaxıstan Prezidenti qardaşlığın, qarşılıqlı dəstəyin davamlı olmasını arzuladı. O, türk xalqının qarşılaşdığı hər çətinlikdən daha güclü formada çıxdığını qeyd etdi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu dəfə də belə olacağına əminliyini vurğuladı.
x x x
Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında bu Zirvə görüşünün təbii fəlakətdən sonra keçirildiyini diqqətə çatdırdı, qırğız xalqı ilə türk xalqı arasında qədim tarixə əlaqələrin bundan sonra da davam edəcəyini bildirdi. Qırğızıstanın Təşkilatın üzvləri arasında davamlı toplantıların keçirilməsinə böyük önəm verdiyini deyən Sadır Japarov bu mənada üzv dövlətlər arasında siyasi dialoqun əhəmiyyətini vurğuladı. Çoxtərəfli əməkdaşlığın Qırğızıstan üçün çox mühüm olduğunu diqqətə çatdıran Prezident Sadır Japarov ölkələrimiz arasında strateji tərəfdaşlığı dəstəklədiyi və daha da inkişaf etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Qırğızıstan Prezidenti bugünkü Zirvə görüşünün mövzusunun fəlakət-fövqəladə halların idarə edilməsi və humanitar yardım kimi məsələlərin Təşkilata üzv dövlətlərdən birgə fəaliyyət, sıx əməkdaşlıq tələb etdiyini diqqətə çatdırdı.
Seçkilərdə Türkiyə Prezidentinə uğurlar arzulayan Sadır Japarov məhz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə reallaşdırılan islahatların türk xalqını yeni-yeni uğurlara çatdıracağına əminliyini bildirdi.
x x x
Macarıstanın Baş naziri Viktor Orban Türkiyədə baş verən zəlzələnin dəhşətli olduğunu bildirdi, yenidənqurma işlərində bu ölkəyə dəstək verməkdən şərəf duyacaqlarını dedi. Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə sürətli inkişafının şahidi olduğunu vurğulayan Baş nazir qarşıdakı müddətdə bunun davam edəcəyinə inamını ifadə etdi. Bu gün dünyanın üzləşdiyi münaqişələrə toxunan Baş nazir Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə güclü sülh səylərinə görə təşəkkürünü bildirdi. Qlobal iqtisadiyyatda cərəyan edən hadisələr nəticəsində müxtəlif blokların yaranmasının Macarıstanın maraqlarına uyğun olmadığını söyləyən Viktor Orban bütün ölkələr arasında əlaqələrin qurulmasının tərəfdarı olduqlarını vurğulayaraq dedi: “Türk dünyası, Türk dövlətlərinin bu mənada Qafqaz və Mərkəzi Asiyadakı ölkələr olaraq açar rol oynayacaqlarını düşünürəm. Münasibətlərimizi qarşılıqlı hörmət çərçivəsində davam etdirərək bütün dünyaya örnək ola bilərik. Bu məqsədlə Macarıstan olaraq enerji, ticarət, eyni zamanda, daşıma sahələrində birgə səyləri gücləndirməyə töhfə vermək niyyətindəyik”.
x x x
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar tədbirə dəvətə və bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Türkiyə və Azərbaycan prezidentlərinə minnətdarlığını bildirərək dedi: “Məni buraya dəvət etdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çox təşəkkür edirəm. Azərbaycan Prezidenti İlham Əliyevə bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə dərin minnətdarlığımı bildirirəm”.
Prezident Ersin Tatar güclü və böyük Türkiyə dövlətinin zəlzələnin fəsadlarını ən qısa vaxtda aradan qaldıracağına əminliyini bildirərək, belə hadisələr zamanı dost, qardaş ölkələrimiz arasında həmrəyliyin və birliyin böyük əhəmiyyət daşıdığını vurğuladı.
x x x
Sonra Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri və qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev çıxış etdilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını edərək dedi: “Qardaşlığın təzahürü olan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə İlham qardaşıma və onun şəxsində Can Azərbaycana bir daha təşəkkürümü bildirirəm”.
Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının hazırkı sədri Özbəkistana da minnətdarlığını bildirdi.
Zirvə görüşünə yekun vuran Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdə qəbul olunan qərarların ölkələrimiz arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirdi.
Sonda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalandı.
X X X
Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.
Sabaha-inamla.az

Baxış sayı: 526
Bölməyə aid digər xəbərlər

Dünən, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib