Bütün xəbərlər
İlham Əliyev mənim qəhrəmanımdır, onun Qarabağı işğaldan azad edəcəyini hələ 2003-cü ildə demişdim-Namiq MƏMMƏDLİ
Tarix: 24-12-2022 23:48 | Bölmə: Gündəm


İlham Əliyev tək Prezident deyil,o xalqın lideri,qəhrəmanıdır. 44 günlük müharibədə bütün dünya Prezidentimizin dəmir yumruğunun gücünü gördü. Hamı Azərbaycan dövlətinin necə qüdrətli,güclü olduğunu başa düşdü. Mən İlham Əliyevin uzun müddət təbliğatını aparmışam.İlham Əliyev mənim qəhrəmanımdır, onun Qarabağı işğaldan azad edəcəyini hələ 2003-cü ildə demişdim və "Ulu öndərə" adlı şeirimdə yazmışdım.
Cənab Prezident,siz qalib dövlətin Prezidentisiniz. Siz səbriniz, dözümünüz,iradənizlə düşməni məhv etdiniz, Azərdaycanı dünyaya tanıtdınız. Bayrağımızı işğaldan azad etdiyiniz torpaqlarda dalğalandırdınız.
Mən sizinlə fəxr edirəm. Səmimi qəlbdən doğum gününüzü təbrik edirəm.Can sağlığı,möhtəşəm işlərinizdə uğurlar arzulayıram.Allah sizi hər zaman qorusun. 100 yaşayın!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru




Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı